Icma.az
close
up
RU
İnsafın olsun, övladının sağlamlıq problemi var Günaydan Tolqaya

İnsafın olsun, övladının sağlamlıq problemi var Günaydan Tolqaya

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Türkiyədə yaşayan model Günay Musayeva övladı Cahangirin atası, aktyor Tolqa Kareldən şikayət edib. 

Axşam.az xəbər verir ki, "Biz bize" verilişinə qatılan model övladını xaricə apara bilmədiyini deyib. O bildirib ki, övladının səhhətində problem yaranıb, onu İngiltərədə həkimə aparmaq istəyib, amma Tolqaya görə alınmayıb. Buna səbəb isə Tolqanın uşağı ilə bağlı mesajlara reaksiya verməməsi, ölkədən çıxışı üçün lazım olan icazə kağızını imzalamamsıdır.

Günay proqramda Tolqaya səslənərək, övladının arzusunu gerçəkləşdirmək üçün bu addımı atmasını istəyib:

"Bu haqda danışmaq istəmirdim. Amma buna məcburam. Övladımın xəyalı üçün etməliyəm. Şengen və ya başqa viza, Cahangirin ölkədən çıxışı üçün atadan icazə kağızı almaq lazımdır. 5 ildir bunun üçün çalışırıq, amma gəlmir. Cahangir xəstələndi, onu İngiltərəyə aparmalı idim, həkim danışdım. Yenə atası ilə əlaqə saxladım, məsələni izah etdim, dedim, sağlamlığı üçün bunu et. Amma cavab vermədi. Cahangirin xəyalı Disneylandə getməkdir. Həmişə deyir məni də apar. Sonda oturub ona izah etdim ki, belə məsələ var, 18 yaşını gözləməliyik.

Cahangir atasına özü səsli mesaj atdı ki, mənim xəyalımdır, icazə kağızını imzala. Ona belə cavab vermədi. Buradan ona da səslənirəm. Ondan maddi və mənəvi heç bir istəyim olmadı. Cahangirlə bu mərhələləri keçdik. Uşağımın xəyalını gerçəkləşdirmək istəyirəm, sənəd versin. Dörd övladı var, beşincini unudub. Bizim üçün problem deyil. Buradan səslənirəm, Cahangiri oğlu kimi görməsin, adi bir uşağın xəyalını gerçəkləşdirdiyini düşünsün. Bunun üçün bir səfirliyə gedib və bir imza atacaq. 5 dəqiqə vaxtın gedəcək. Öz uşağın kimi etmə, başqa bir uşağa yardım kimi düşün".

Günay bildirib ki, övladı ilə yanlız Azərbaycan və Gürcüstana gedə bilir:

"Bu zaman belə problemlər yaranır, amma tanıdıqları üçün kömək edirlər. Oğlum dünyanı gəzmək istəyir, xəyalı var. Bəlkə 18 yaşı tamam olanda bunu istəməyəcək. Yeni ildə onu aparmaq istəyirəm. Nə edirəm olmur. İnsafa gəlsin... Sağlamlıq problemləri var, onunla belə maraqlanmır. Mesajları oxuyur, amma cavab belə vermir".

Qeyd edək ki, aktyorun ilk evliliyi Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurandan sonra Amerikaya köçüb. Tolqanın bu evliliyindən daha 5 övladı var. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri