İnsan alverində ittiham olunan müğənnidən açıqlama
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Müğənni və 64 yaşlı yazar Nil Qeymanın həyat yoldaşı Amanda Palmer, keçmiş ev işçisi tərəfindən qaldırılan mülki iddiada insan alveri ilə bağlı iddiaları rədd edib.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə nəlumat yayıb.
"Mənə qarşı irəli sürülən konkret ittihamlara cavab verməyəcəyəm, amma deyəcəyəm ki, onları inkar edirəm və vaxtında cavab verəcəyəm" deyə, Palmer instaqramda yazıb.
Qeyd edək ki, cütlüyün övladlarının dayəsi Skarlet Pavloviç müğənni Amanda Palmerə qarşı məhkəmə iddiası qaldırıb. İddiaçı, yazıçını təkrar zorlama və cinsi təcavüzdə, Palmeri isə onu Qeymanla münasibətə təhrik və tanış etməkdə günahlandırıb.
Xatırladaq ki, Qeymanla Amanda ayrı yaşayırlar. Onların Entoni adlı bir övladı var. Yazarın birinci həyat yoldaşı, aktrisa Meri Makqratdan da üç övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 11 Fevral 2025 00:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















