Icma.az
close
up
RU
İnsan hüquqları problemi həll edilmədən Amerika ilə yaxınlıq mümkündürmü? Ekspert şərhi

İnsan hüquqları problemi həll edilmədən Amerika ilə yaxınlıq mümkündürmü? Ekspert şərhi

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yerli telekanallara müsahibə verib və həmin müsahibəsində ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp haqqında danışıb.

Prezident müsahibəsində Trampa ümidlərin böyük olduğunu qeyd edib.

O bildirib ki, “ona olan ümidlər böyükdür”:

“Trampın çox fikrini Azərbaycan cəmiyyəti bölüşür. Bunlar mənəviyyat və ailə dəyərləri barədədir. Ümidlər böyükdür. Hər iki tərəf istəsə, biz münasibətlərimizi strateji səviyyədə qura bilərik”

Lakin belə olduqda isə ortaya suallar çıxır.

Aydın məsələdir ki, ABŞ-nin xarici siyasətində insan haqları prioritet məsələdir.

Məsələn, maraqlıdır, ABŞ üçün insan haqlarının müdafiəsinin prioritet olmasını nəzərə alsaq, o zaman çoxsaylı siyasi məhbuslarla bu əməkdaşlıq alına bilərmi?

Azərbaycan siyasi məhbus mövzusu olmadan Tramp administrasiyası ilə yeni ABŞ-Azərbaycan münasibətləri üçün elə yeni bir səhifə açması mümkündürmü?!

Gununsesi.info bu barədə politoloq Elxan Şahinoğlunun fikrini öyrənib.

Onun fikrincə, “Dövlət Departamenti insan haqları mövzularını da arxa plana atmayacaq.”

“Amerika Birləşmiş Ştatlarının yeni Respublikaçı Prezidenti Donald Tramp “birinci növbədə Amerika” şüarıyla fəaliyyətə başlayacaq. Bu səbəbdən, Tramp müxtəlif ölkələrə yönələn xərcləri azaltmağa çalışacaq. Digər tərəfdən isə, Tramp administrasiyası müxtəlif dövlətlərlə münasibətləri ABŞ-ın milli və təhlükəsizlik maraqları əsasında formalaşdıracaq. Bu zaman Ağ Ev Cənubi Qafqaz, o cümlədən Azərbaycanla da əməkdaşlığa əhəmiyyət verəcək, enerji və təhlükəsizlik sahəsində dialoq güclənəcək. Eyni zamanda isə, Dövlət Departamenti insan haqları mövzularını da arxa plana atmayacaq. ABŞ və bir qisim Qərb ölkəsində erməni lobbisi Azərbaycan əleyhinə fəaliyyətə ara verməyib. Onlara bağlı siyasi qruplar Azərbaycan hədəf alarkən, bizə qarşı insan haqları mövzularından hücuma keçirlər. Bu bəhanəni onların əlində almaq lazımdır.

Politoloq həmçinin ölkəmizdə məhkəmə islahatlarının dərinləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb:

“Bu baxımdan ölkəmizdə hüquqi və məhkəmə islahatlarının dərinləşdirilməsinə ehtiyac var. Məhkəmə işlərinin bir qismini vətəndaşları həbsə atmadan da həyata keçirmək mümkündür. Xaricdən qrant almaqla qanun pozuntularına yol verdiyi bildirilən jurnalistlərin və ictimai fəalların istintaqlarının həbssiz həyata keçirilməsi, müxtəlif xarici mərkəzlərən ölkəmizə qarşı təzyiqlərin neytrallaşdırılmasına səbəb olardı. Bu mənada Azərbaycan əleyhinə siyasət yürüdən mərkəzlərin bəhanələri ortadan qaldırmağa ehtiyac var”,– deyə o, bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Yanvar 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri