Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

İnsan kapitalı və kadr siyasətində milli model “Yüksəliş” müsabiqəsi

İnsan kapitalı və kadr siyasətində milli model “Yüksəliş” müsabiqəsi

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Sürətlə dəyişən dövrdə və artan gözləntilər fonunda Azərbaycan insan kapitalının inkişafına ardıcıl və strateji şəkildə önəm verir. Bu istiqamətdə əsas təşəbbüslərdən biri bu gün artıq hər kəsin dilində olan “Yüksəliş” müsabiqəsidir.

“Yüksəliş” təkcə nüfuzlu bir müsabiqə deyil, həm də gələcəyin aparıcı idarəçilərini dəstəkləyən və peşəkarların yeni nəslini formalaşdırmaq məqsədi daşıyan tamhüquqlu transformasiya platformasıdır.

Prezident İlham Əliyevin Sərəncamı və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə təsis edilmiş bu müsabiqə artıq beşinci dəfədir ki, ən iddialı və istedadlı peşəkarları bir araya gətirərək ölkənin kadr potensialının aşkara çıxarılması və inkişafı üçün milli platformaya çevrilib.

Yarandığı gündən etibarən “Yüksəliş” müsabiqəsi 39 536-dan çox iştirakçını əhatə edib. Təbii ki, burada əsas məsələ miqyas deyil, məramdır. Bu müsabiqə gənc idarəçilərə öz potensiallarını üzə çıxarmağa, istedadlarını əməli addımlara çevirməyə və ölkənin inkişafına real töhfə verməyə şərait yaradır.

Əgər “Yüksəliş” müsabiqəsinə həm fəlsəfi, həm də praktiki müstəvidən baxsaq, onun milli və beynəlxalq səviyyədə unikallığını və rəqabət üstünlüklərini açıq şəkildə görmək mümkündür.

“Yüksəliş” və ədalətli qiymətləndirmə prinsipləri

Azərbaycanın gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyevin sözlərinə görə, müsabiqənin əsasını meritokratiya prinsipi təşkil edir, iştirakçılar yalnız bilik, bacarıq və şəxsi nailiyyətlərinə əsasən qiymətləndirilir:

“Təşkilatçılar onların sosial və ya iqtisadi mənşəyindən asılı olmayaraq bütün iştirakçılar üçün bərabər və şəffaf şərtlər yaradırlar. Bu, ölkədə ədalətli və şəffaf peşəkar inkişaf sisteminin qurulmasına və istedadlı idarəçilərin yetişdirilməsinə xidmət edir”.

“Yüksəliş” müsabiqəsinin əsas üstünlükləri

Qiymətləndirmədə obyektivlik

Testlər, praktiki tapşırıqlar, idarəetmə situasiyalarının simulyasiyası namizədlərin real qabiliyyətlərini üzə çıxarmağa xidmət edir. Müsabiqənin qiymətləndirmə sistemi dünyada mövcud olan ən müasir modellərdən biridir. Ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları dünyaca tanınan beynəlxalq qiymətləndirmə sistemlərində (TOEFL, GMAT, SAT və s.) istifadə olunan T-şkalası üzrə qiymətləndirilir. Bu isə nəticələrin obyektiv və ədalətli şəkildə ölçülməsini təmin edir.

Ədalətli rəqabət

Bütün iştirakçılar uğur qazanmaq üçün eyni imkanlara malikdirlər. Müsabiqənin bütün mərhələlərinin tam şəffaf şəkildə aparılması iştirakçıların yalnız peşəkar bacarıqlarına əsasən seçilməsinə şərait yaradır. Bu baxımdan “Yüksəliş” ölkənin idarəetmə sisteminin effektivliyini artırmağa yönəlmiş dövlət kadr strategiyasının əsas alətlərindən biri sayılır.
Milli ehtiyaclar fonunda strateji yanaşma
Ölkənin sürətli inkişafı və idarəetmənin keyfiyyətinə olan tələblərin artması fonunda “Yüksəliş” müsabiqəsi milli kadr ehtiyatının formalaşmasında strateji alətə çevrilir. Müsabiqə təkcə yeni idarəçiləri üzə çıxarmır, həm də onların idarəetmə sisteminə real şəkildə inteqrasiyasına kömək edir. Burada qərarlar bilik və bacarığa əsaslanan mütəxəssislər tərəfindən qəbul olunur ki, bu da cəmiyyətin dövlət institutlarına inamını artırır və sağlam rəqabət mühitinin inkişafına təkan verir. Nəticədə, bu, ölkənin iqtisadi və sosial inkişafına da müsbət təsir göstərir.

“Yüksəliş” və beynəlxalq analoqlar: fərqlər və üstünlüklər

Açıq və inklüziv format

Məsələn, yalnız magistr və doktorantlar üçün nəzərdə tutulmuş ABŞ-nin PMF proqramı və ya Hindistanın dövlət qulluqçuları üçün olan analoji layihələrindən fərqli olaraq “Yüksəliş” müsabiqəsi məşğulluq sektorundan asılı olmayaraq geniş iştirakçı kütləsinə açıqdır. Bu isə müsabiqəni daha çevik və inklüziv edir.

Finalçıların məşğulluğu

Müsabiqəyə olan inamın əsas göstəricilərindən biri odur ki, “Yüksəliş” finalçıları dövlət və özəl sektorda rəhbər vəzifələrə fəal şəkildə işə qəbul olunurlar. Müsabiqədə iştirak bir növ “keyfiyyət nişanı” hesab edilir. Yüksək peşəkarlıq və liderlik səviyyəsini göstərdiyi üçün qaliblər bu faktı CV-lərində xüsusi vurğulayırlar. Qeyd edək ki, müsabiqə qalibləri Azərbaycanın Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində müsahibə mərhələsindən azaddırlar. Başqa sözlə, “Yüksəliş” müsabiqəsi artıq ölkədə effektiv karyera pilləkəninə çevrilib.

Formatın çevikliyi

Müsabiqə təkcə kompetensiyaların qiymətləndirilməsi ilə kifayətlənmir (testlər, müsahibələr), həm də sonrakı mərhələlərdə dəstək (mentorluq, layihə fəaliyyəti) təqdim edir. Bu isə müsabiqəni sadə seçim deyil, peşəkarların yetişdirilməsi və onların uğurlu karyerasına dəstək üçün tamhüquqlu inkişaf proqramına çevirir.

Milli prioritetlər və qlobal baxış

Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, müasir kadr siyasəti vətənpərvərlik, peşəkarlıq və milli dəyərlərə sadiqlik üzərində qurulmalıdır. Bu prinsiplər “Yüksəliş”in də əsasını təşkil edir. Bununla yanaşı, müsabiqənin formatı və strukturu beynəlxalq təcrübəni də özündə əks etdirir. Bu mənada “Yüksəliş” milli prioritetlərlə qlobal idarəetmə standartları arasında körpü rolunu oynayır.


Yeni reallıqlar üçün yeni nəsil peşəkarlar

Müasir dövrün çağırışları, yəni texnoloji dəyişikliklərin sürətlənməsi, informasiya yükünün artması və qlobal qeyri-sabitlik idarəetməyə yanaşmada köklü dəyişikliklər tələb edir. Bu fikri tarixçi və futurist Yuval Noah Harari xüsusi vurğulayır. Onun fikrincə, uğur qazanacaq liderlər çevik düşünən, strateji qərarlar verən və etik davranan şəxslər olacaq.

Hararinin qənaətinə görə, 21-ci əsrin lideri üçün əsas keyfiyyətlər bunlardır:

Məlumat axınında düzgün istiqamət tapmaq bacarığı;

Daimi təhsil və təkrar təhsilə hazır olmaq;

Cəmiyyət və planet qarşısında etik məsuliyyət daşımaq.

“Yüksəliş” bu çağırışlara cavab verən liderlər formalaşdırır, onlar çevikdirlər, rəqəmsal idarəetmə vasitələrini bilirlər, məlumatları təhlil edərək qərarlar qəbul edirlər və sosial məsuliyyətlə hərəkət edirlər.

Harari qeyd edir ki, gələcəyin liderləri sadəcə göstərişləri icra etməməli, qlobal düşünməli, emosiyaları və ictimai gözləntiləri idarə edə bilməlidirlər.

Bu kontekstdə “Yüksəliş” sadəcə bir müsabiqə deyil. Bu platforma iştirakçıların dəyər əsaslı düşüncə tərzi formalaşdırmalarına, etik kompaslarını inkişaf etdirmələrinə və yalnız şəxsi karyera deyil, milli maraqlara da xidmət etməyə təşviq edən bir məktəbdir. Nəticədə isə müsabiqə davamlı inkişaf və humanizmə əsaslanan yeni idarəetmə mədəniyyətinin formalaşmasına töhfə verir.

Hararinin baxışı fonunda “Yüksəliş” bu funksiyaları daşıyır:

Strateji kadr transformasiyası aləti;

Yeni nəsil liderlik məktəbi;

21-ci əsrin çağırışlarına cavab verən milli insan kapitalına investisiya.

Beləliklə, müsabiqədə qələbə son deyil, əslində, bir başlanğıcdır. Ən önəmlisi isə bu, ortaq gələcək naminə ən yaxşı ideyaları, beyinləri və təcrübələri bir araya gətirən sistemin bir hissəsinə çevrilmək şansıdır. 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 İyun 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see255

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see241

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see165

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see162

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see159

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see156

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see147

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri