Icma.az
close
up
RU
İnsan olmadan şəhər olmaz: WUF13 də icma və QHT lərin səsi

İnsan olmadan şəhər olmaz: WUF13 də icma və QHT lərin səsi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 may, AZƏRTAC

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının” sessiyası təşkil olunub. Sessiyada məskunlaşma problemlərinin həllində vətəndaş cəmiyyətinin və qeyri hökumət təşkilatlarının (QHT) rolu müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, sessiyada Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxış edərək təmsil etdiyi təşkilatın məskunlaşma problemlərinin həllindəki rolundan və dövlət dəstəyi barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan Milli QHT Forumu ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının ən böyük çətir təşkilatıdır və dayanıqlı inkişaf, iqlim fəaliyyəti, sosial inklüzivlik, şəhərsalma, humanitar təşəbbüslər, gənclərin iştirakçılığı və digər sahələrdə fəaliyyət göstərən yüzlərlə QHT-ni bir araya gətirir. Azərbaycanın “İctimai iştirakçılıq haqqında” Qanunu vətəndaşların dövlət siyasətinin formalaşdırılması və qərarqəbuletmə proseslərində iştirak mexanizmlərini müəyyən edir.

Eyni zamanda, Azərbaycanın Şəhərsalma və Tikinti Məcəlləsində ictimai iştirakçılıq, şəffaflıq, ictimai dinləmələr, ərazi planlaşdırılması və şəhərsalma fəaliyyəti zamanı ictimai rəyin nəzərə alınması ilə bağlı mühüm müddəalar əks olunub: “Qanunvericiliyə əsasən, şəhərsalma prosesləri zamanı maraqlı tərəflər və icmalar məlumatlandırılmalı və onlarla məsləhətləşmələr aparılmalıdır. İctimai müzakirələr və dinləmələr dövlət, ictimai və özəl maraqların balanslaşdırılması üçün mühüm mexanizmlər hesab olunur. Azərbaycanın son illərdə şəhərsalma sahəsindəki iştirakçı yanaşmalarının əhəmiyyəti daha da artıb. Bakıda, Gəncədə, işğaldan azad edilmiş Ağdam və digər şəhərlərdə Baş planların müzakirəsi zamanı beynəlxalq ekspertlərin iştirakı, yerli icmaların cəlb edilməsi və ictimai rəylərin toplanması istiqamətində addımlar atılıb”.

“Son illərdə forumumuz beynəlxalq əməkdaşlıq proseslərində, xüsusilə iqlim dəyişiklikləri, dayanıqlı urbanizasiya və Qlobal Cənub əməkdaşlığı sahələrində daha fəal iştirak edir. COP29 zamanı Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları dialoqun təşviqi, tərəfdaşlıqların gücləndirilməsi və Qlobal Cənub icmalarının səsinin daha güclü şəkildə çatdırılması istiqamətində fəal rol oynayıb. Biz UN-Habitat ilə artan əməkdaşlığı və WUF13 prosesi boyunca nümayiş etdirilən inklüziv yanaşmanı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq WUF13-dən sonra da davam etməli və dayanıqlı şəhərsalma, iqlim davamlılığı və iştirakçı idarəetmə sahələrində uzunmüddətli və daha güclü tərəfdaşlıqlara çevrilməlidir. Bugünkü assambleya xüsusilə ona görə əhəmiyyətlidir ki, bizə çox sadə, lakin əsas bir həqiqəti xatırladır: İnsanlar olmadan dayanıqlı şəhərlər qurmaq mümkün deyil və icmalar olmadan qlobal gündəliklər uğur qazana bilməz. Bu assambleyanın özü də həmin prinsipi əks etdirir. WUF13 konsept sənədlərində qeyd olunduğu kimi, vətəndaş cəmiyyəti və yerli icma təşkilatlarının rəhbərliyi ilə iştirakçı yanaşma əsasında qurulub, təmsilçilik, müxtəliflik və mənalı inklüzivliyin təmin edilməsinə yönəlib. Bu gün dünya bir-biri ilə əlaqəli, çoxsaylı böhranlarla üz-üzədir: iqlim dəyişiklikləri, şəhər bərabərsizliyi, məcburi köçkünlük, mənzil təhlükəsizliyi problemləri və yerli icmalar üzərində artan təzyiqlər. Belə bir dövrdə yerli təşkilatlar ikinci dərəcəli aktorlar deyillər. Onlar cəmiyyət daxilində ilk reaksiya verənlər, körpü quranlar və etimad yaradanlardır. Məhz buna görə Qlobal Cənub QHT Platforması kimi təşəbbüslər getdikcə daha mühüm əhəmiyyət qazanır”, - deyə forum rəhbəri vurğulayıb.

Sonra BMT-nin Məskunlaşma Proqramının regional direktoru Riana Hedeya, proqramın əməkdaşı Mino Harivello Ramorosan və başqaları çıxış edərək dünyada məskunlaşma problemlərindən və onların həlli yollarından danışıblar. Nəzərə çatdırılıb ki, vətəndaş cəmiyyətinin problemlərin həllində rolu böyükdür, onların rəyi və qaldırdıqları problemlər nəzərə alınmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri