Icma.az
close
up
RU
İnsan qardaşlığına xidmət edən sülh siyasəti

İnsan qardaşlığına xidmət edən sülh siyasəti

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təkcə son dövrlərdə dünyada yaşanan bir sıra kataklizmlər milli dövlətlər üçün çox ağır sınaqlar olub. O cümlədən bəzi dövlətlər müharibələrin, iqtisadi böhranların, pandemiyanın gətirdiyi çətinliklərə dözə bilməyiblər və bir sıra hallarda xarici güclərdən, beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər.

Azərbaycan bu kimi fəsadlardan yan ötən dövlətdir. Bunun təməlində dayanan əsas amillərdən biri isə Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla həyata keçirdiyi siyasətdir. Bu siyasət Azərbaycanda milli gücün konsolidasiyasını təmin edib və beynəlxalq səviyyədə ölkəmizə böyük nüfuz qazandırıb. Təsadüfi deyildir ki, Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezident İlham Əliyevə ünvanlanan məktubda dövlətimizin başçısının bütün dünyada qəbul olunan liderlik keyfiyyətlərinə, Onun böyük səyləri sayəsində regionsa sülhün bərqərar olmasına, respublikamızda nümunəvi toleratlıq mühitinin qorunmmasına xüsusi diqqət çəkilib və aparılan siyasətin yüksək vətəndaş məmnunluğu yaratdığı bildilib.

Azərbaycanın sülh gündəliyi - dünya üçün yeni nümunə

Ölkəmizdəki müxtəlif konfessiyaları təmsil edən din xadimlərinin bəhs olunan məktubunda Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsindən xüsusi məmnunluq ifadə olunub. “Zati-alilərinizin rəhbərliyi ilə qazanılmış böyük Qarabağ Zəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi-diplomatik müstəvidə tarixi əhəmiyyətli qələbələr və nüfuzlu beynəlxalq mükafatların qürurunu bəxş etməkdəsiniz. Sizin dünya miqyasında insan qardaşlığına xidmət edən ideya və təşəbbüsləriniz Azərbaycan dövlətinə beynəlxalq müstəvidə yenilməzlik, etimad və ehtiram qazandırır”, - deyə məktubda vurğulanır.

Davos Ümumdünya iqtisadi  Forumu artıq tarixdə qalsa da, tədbirin təəssüratları uzun müddət yaddaşlardan silinməyəcək. Forumun ən böyük təəssüratlarından biri isə heç şübhəsiz ki, burada Azərbaycan Prezidentinə göstərilən xüsusi ehtiram oldu. Azərbaycan əhali sayına və ərazisinə görə kiçik dövlətdir. Ancaq Prezident İlham Əliyevin liderlik keyfiyyətləri ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bunu biz Davosda dövlətimizin başçısının keçirdiyi görüşlərdə bir daha müşahidə etdik. Həmin görüşlərdə aparılan müzakirələrin məzmunundan, ifadə olunan fikirlərdən aydın şəkildə görünür ki, dünya liderləri, beynəlxalq səviyyədə tanınan ictimai-siyasi xadimlər, biznes dairələrinin nümayəndələri istisnasız olaraq respublikamıza, Prezident İlham Əliyevə böyük rəğbət bəsləyirlər və Azərbaycanla əməkdaşlığı bundan sonra daha da dərinləşdirməyə maraq göstərirlər.

Dünyada Azərbaycana marağın artması isə heç də təsadüfi deyil. Bu gün iqtisadi müstəqilliyini tam təmin edən Azərbaycan həmçinin heç bir güc mərkəzindən asılı olmayan siyasi qərarlar qəbul edir və ümummilli hədəflərinə doğru inamlı addımlar atır.  Din xadimlərinin məktubunda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətdə iki mühüm məqama diqqət çəkilir. Bunlardan biri 44 günlük müharibədə qazanılan böyük Qələbə, digəri isə qalib dövlətin sülh gündəliyidir. Məktubda bildirldiyi kimi, Prezident İlham Əliyevin əsas memarı olduğu tarixi qələbələrinmiz Azərbaycan xalqına ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinin sevincini və qürurunu yaşadıb. Dünya tarixindən bəlli olduğu kimi, müharibələrin qalibi olan dövlətlər adətən məğlub ölkələrə şərtlər diktə edirlər. Ancaq qalib Azərbaycvan müharibə başa çatdıqdan sonra heç bir ilkin şərt irəli sürmədən sülh təşəbbüsündən çıxış etdi və sonrakı mərhələdə böyük səylər ortaya qoymaqla tənzimləmə prosesinin irəliləməsinə nail oldu. Bu səylər nəticə verdi. Ötən il avqustun 8-də Vaşinqtonda, dünyanın bir nömrəli ofisində Azərbaycan, ABŞ, Ermənistan liderlərinin iştirakı ilə hər iki ölkənin xarici işlər nazirləri yekun sülh sazişini imzaladılar. Bununla da Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan sülh prosesində mühüm addım atılmış oldu.

Azərbaycanın təqdim etdiyi model dünya üçün yeni bir nümunədir və beynəlxalq birlik tərəfindən böyük təqdirlə qarşılanır. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi bunun əyani təsdiqidir. Bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcək. Həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubu Prezident İlham Əliyevə təqdim edilib.

Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir. Dövlətimizin başçısının bu mükafata layiq görülməsi, eyni zamanda, Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibin, Roma Papası XIV Leonun və münsiflər heyətinin Azərbaycan Prezidentinin sülhün bərqərar olunması istiqamətində fəaliyyətinə verdikləri qiymətin təcəssümü kimi dəyərləndirilir. “Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasi lideri olaraq Cənabınızın bu istiqamətdə fəaliyyəti ən xoş sözlərə, ən yüksək mükafatlara layiqdir. Zati-alilərinizin dünyanın sülh gündəmində ön sırada olmağı - Sülh Şurasında təsisçi qismində iştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərli fəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Zati-alilərinizi belə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək bizi qürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olan dindarlarda rəğbət və fəxarət doğurur”, - deyə məktubda vurğulanır.

Dinlərarası əməkdaşlıq və multikulturalizm modeli

Azərbaycanı fərqləndirən digər bir mühüm cəhət isə ölkəmizin nümunəvi tolerantlıq mühitinə malik olmasıdır. Hazırda sivilizasiyanın yüksək mərhələsinə çatan bəşəriyyət eyni zamanda bir sıra ciddi sınaqlarla üzləşib. Bəşəriyyət sanki geridönüş edir və ayrı-ayrı məkanlarda dinlər, etiqadlar, irqlər arasında qarşıdurmalar açıq müstəviyə keçir. Ən qorxulu cəhət ondan ibarətdir ki, mədəniyyətlərarası dözümsüzlük əksər hallarda müəyyən qüvvələr, hətta dövlətlər səviyyəsində təşviq edilərək qızışdırılır. Təəssüf doğuran haldır ki, bugünkü Avropada hətta dini dəyərlər belə manipulyasiya peredmetinə çevrilib. Tam qətiyyətlə deyə bilərik ki, hazırda öz dəyərlərindən və ənənələrindən uzaqlaşan qoca qitədə bir sıra hallarda dini təəssübkeşliyə çağırışlar edilir, İslamafobiya həyat normasına çevrilir.

Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə respublikamızın reallıqları tamam fərqli rakrusdan diqqət çəkir. Başqa dinlərə, mədəniyyətlərə sayğılı münasibət bəslənilməsi Azərbaycanda oturuşmuş bir ənənədir. Tarix boyunca respulikamızın ərazisində müxtəlif inanclara məxsus insanlar əmin-amanlıq şəraitində yaşayaraq öz gələcəklərini qurublar. Tarixdən gələn ənənələr bu gün də yaşayır. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Hazırda  ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Lakin belə fərqlilik ölkəmizdə əsla ayırıcı xətlər yaratmır. “Fəxarət duyuruq ki, Azərbaycanın nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur və bu, Zati-alilərinizin müasir, müdrik dövlətçilik siyasətinin bəhrələridir”, - deyə dini konfessiyaların nümayəndələri bildiriblər.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Yanvar 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri