Icma.az
close
up
RU
İnsan təbiəti də, özünü də məhv edir Açıqlama

İnsan təbiəti də, özünü də məhv edir Açıqlama

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çirkli hava ürək-damar, infarkt riskini, xərçəng xəstəliyini dəfələrlə artırır


Əslində isə texnologiyanın, süni intellektin bu qədər inkişaf etdiyi bir zamanda zərərli tullantıları minimuma endirmək də şübhəsiz mümkündür

  Ümumdünya Səhiyyə Təşkilatı hər il  “Dünya Hava Keyfiyyəti Hesabatı”nın nəticələrini təqdim edir. Bu hesabat İsveçrədə yerləşən hava keyfiyyəti texnologiyası şirkəti "IQAir" tərəfindən hazırlanır. Hesabat hər kubmetr üçün incə hissəciklərin (PM 2.5) sıxlığının ölçülməsinə əsaslanır. ÜST standartlarına görə, bir bölgədə təmiz hava ilə nəfəs almaq üçün PM2.5 dəyəri ən çox 5 μg/m3 olmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi hava çirkliliyi həddi ilə müqayisədə dünyada çox az ölkə bu həddən aşağı təmiz havaya malikdir. Və hava çirklənməsi dünyada hər doqquz ölümdən birinə və hər il 11 milyon insanın vaxtından əvvəl ölümünə səbəb olur. Havanın çirklənməsi insan sağlamlığı üçün ən böyük ekoloji təhlükə hesab edilir. ÜST-ün hesabatına görə, dünya əhalisinin 92 faizi havanın çirkləndiyi bölgələrdə yaşayır. Hava çirklənməsinin əsas səbəbləri qeyri-effektiv nəqliyyat, tullantıların yandırılması, kömürlə işləyən elektrik stansiyaları və sənaye fəaliyyətidir. Təşkilat dünyanın 3000 ayrı-ayrı bölgəsindən peyk şəkilləri çəkib və hava analizləri götürərək planetin hava təmizliyini əks etdirən interaktiv cədvəlini hazırlayıb. Hesabatda havanın hər 1 kub metrinə düşən zərərli maddələrin mikroqramları (bərk hissəciklərin) təsvir olunur. Havası təmiz hesab edilən ölkələr, ərazilər hesabata əlavə edilən xəritədə yaşıl rəngdə təsvir olunur. Bu ərazilərdə havanın hər kubmetrinə 10 mikroqram zərərli maddə düşür. Sarı rəngə boyanmış regionlar da nisbətən təmiz sayılır, bu bölgələrdə havanın hər kubmetrinə 11-15 mikroqram zərərli orqanizm, narıncı rəngli ərazilərdə bu göstərici 16-25 mikroqram, qırmızı rəngli bölgələrdə 26-35 mikroqram, tünd qırmızı ərazilərdə 36-69 mikroqram və tünd-çəhrayı ərazilərdə isə 70 mikroqramdan çoxdur. Hava kirliliyi bu şəkildə bildirilir. 


Ən təmiz, ən çirkli şəhərlər

  Təxmin edildiyi kimi ilk sıralarda adətən Skandinaviya, Baltikyanı ölkələr (Estoniya daha çox), İslandiya, İsveç, İsveçrə, Niderland, Kanada dayanır. Havası dözülməz olan, amma əhalinin “dözərək” yaşamağa davam etdiyi ölkələr sırasında isə ilk yerdə Hindistan, Nepal, Çin və cənub-şərqi Asiya ölkələridir. Xatırladaq ki, Hindistan hökuməti bu günlərdə hətta orta məktəblərdə tədrisi dayandıraraq əhaliyə bir neçə gün evdən mümkün qədər çıxmamağı məsləhət görüb. Qardaş Türkiyədə ən çirkli havası olan bölgə İğdır elan edilib. Təmiz havası olanlarsa Trabzon, Giresun, Rize, Gümüşhane, Artvin (Qara dəniz sahili şəhərləri), Çankırı, Bilecikdir. Ölkəmizdə vəziyyət necədir? Qeyd edək ki, hazırda ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına – COP29-a ev sahibliyi edir. Dünya liderlərinin, dünya miqyaslı siyasətçilər və ictimai xadimlərin bir araya gəldiyi bi mötəbər platformada məhz dünyamızın xilası naminə müzakirələr aparılır. Və Azərbaycan da ev sahibi və ekologiyanın mühafizəsi, atmosfer çirklənməsinin qarşısının alınmasında səylərini getdikcə artıran, alternativ və “yaşıl enerji”yə keçidi təşviq edən dövlət olaraq bu istiqamətdə əməli addımların atılmasında maraqlıdır, hər cür dəstək göstərməyə də hazır olduğunu bəyan edir. 


Şuşanın dağları... 

  Azərbaycan ərazisi interaktiv cədvəldə əsasən narıncı və qırmızı rənglərlə təsvir olunub. Naxçıvanın Ermənistanla sərhəd boyu əraziləri, Qarabağın Dağlıq hissəsi, Qazax-Ağstafa-Goranboy, Şəki-Zaqatala və Quba-Qusar bölgəsi Azərbaycanda havanın nisbətən təmiz olduğu (hər 1 kubmetr havaya 16-25 mikroqram zərərli maddə) regionlardır.  Şuşa şəhəri isə yeganə yerdir ki, orada havanın təmizliyi maksimal sarı rənglə göstərilir və burada 1 kub metr havaya 11-15 mikroqram zərərli maddə düşür. Şuşanın ən təmiz havalı şəhər olması sirr deyil. Şuşanın relyefi onu ən yüksək zirvəyə yerləşdirib. Şuşa dəniz səviyyəsindən 1368 metr hündürlükdə yerləşir. Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır ki, hündürlüyü 2725 metrdir. Şuşadakı “Xan mağarası” dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşir. İqlimi də əksər ərazilərdə qışı quraq keçən mülayim isti və soyuq iqlim tipidir. Orta temperatur yanvar ayında mənfi 4C-dən mənfi 1C-ə qədər, iyulda isə müsbət 16–19 dərəcəyə çatır. Şuşanın qeybdən gələn havası, iqlimidir şuşalılara – qarabağlılara əsrarəngiz səs, fitri istedad bəxş edən. Təsadüfi deyil ki, Şuşamız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz, igid əsgərlərimiz tərəfindən erməni separatçılarının işğalından azad edildikdən sonra qoruq şəhər elan edildi. Bu, Şuşanın xalqımız üçün, dövlətimiz üçün nə qədər əziz olduğunu və onun təbiətinin, tarixinin, ümumən mühafizəsinin xüsusi önəm daşıdığının göstəricisidir.

  Həkim-infeksionist Mərdan Əliyev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, təmiz hava havanın hər 1 kubmetrində 10 mikroqamdan az zərərli maddənin olmasıyla ölçülür:

seeBaxış sayı:188
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Noyabr 2024 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri