Icma.az
close
up
RU
İnsan vəfat etdikdə, öz həyətində dəfn edilə bilər? Vacib QAYDALAR

İnsan vəfat etdikdə, öz həyətində dəfn edilə bilər? Vacib QAYDALAR

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

İnsan vəfat etdikdən sonra onun harada dəfn olunması məsələsi həm hüquqi, həm sosial və dini baxımdan diqqət çəkən mövzulardandır. Bəzən vətəndaşlar yaxınlarının ümumi qəbiristanlıqda deyil, ailəyə məxsus həyətyanı sahədə dəfn edilməsini istəyirlər. Belə hal ölkəmizdə, xüsusilə, rayon, kənd yerlərində az deyil.
Bəs qanun və islam dini buna necə yanaşır? İnsan vəfat etdikdə ümumi qəbiristanlıqda yox, öz həyətində dəfn edilə bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib ki, İslam ənəsinə görə vəfat edən şəxslər ümumi məzarlıqda dəfn edilməlidir. O, şəxsin istisna hallarda həyətində də dəfn edilə biləcəyini qeyd edib:
“Bu, o zaman ola bilər ki, onu ümumi məzarlıqda dəfn etməyə imkan, şərait olmuş olmasın. Belə hallar indiki dövrdə adətən baş vermir. Eyni zamanda, həyətdə dəfn etmək gigiyenik və psixoloji baxımından da doğru deyil. Həyət, məhlə ölü dəfn etmək üçün deyil. İnsan dəfn edildiyi torpaq qəsb edilmiş olmamalıdır. Məzarlıq kimlərə məxsussa sahiblərindən izn alınmalıdır. Əgər ümumi əhaliyə məxsussa xüsusi izn almağa lüzum yoxdur.
 

Dinə görə ölünü həyətdə, evdə dəfn etmək məqsədəuyğun deyil. İstisna hallar var ki, o zaman icazə verilə bilər. Tutaq ki, məzarlıq da dəfnə icazə verilməsə yaxud qəbir almağa pulu olmasa və ya ölünün təhqir olunacağı ehtimalı olsa həyətində dəfn edə bilər. Amma adi halda buna din icazə vermir. Elə bilirəm ki, ölkəmizdə hazırda məzarlıqda ölü dəfn etmək üçün heç bir problem yoxdur. Ona görə ölünü həyətdə dəfn etməyə də ehtiyac yoxdur”.


İlahiyyatçı bunun qanunvericilikdə də öz əksini tapdığını vurğulayıb:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən dəfn prosesi yalnız bu məqsədlə ayrılmış rəsmi yerlərdə həyata keçirilməlidir. Bunun əsas hüquqi, sanitar və inzibati səbəbləri var. Şəxsi həyətyanı sahələr, yaşayış və ya kənd təsərrüfatı təyinatlı torpaqlar hesab olunur.
Qanunvericiliyə görə, dəfn yalnız xüsusi olaraq ayrılmış və dövlət qeydiyyatına alınmış qəbiristanlıq ərazilərində ola bilər.
Yəni təyinatı ölü dəfn etməyə imkan getməyən ərazidə dəfn icra etmək qadağandır. Sanitar-gigiyenik qaydalara görə də bu belədir. Meyitin parçalanma prosesi yeraltı sulara və ətraf mühitə ciddi zərər vura biləcəyi üçün qəbiristanlıqlar yaşayış evlərindən və su mənbələrindən müəyyən edilmiş sanitar məsafədə salınır.
 

Həyətdə dəfn isə bu normaları kobud şəkildə pozur. Həmçinin dövlət reyestri vacibdir. Ölkədə həyata keçirilən hər bir dəfn Ədliyyə Nazirliyi tərəfindən "Dəfnlərin vahid dövlət reyestri"nə daxil edilməlidir. Qeyri-rəsmi sahələrdə, məsələn, həyətdə edilən dəfnlərin dövlət reyestri qeyri-mümkündür və qanunsuz sayılır”.


Qeyd edək ki, Nazirlər Kabinetinin (NK) təsdiq etdiyi "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na görə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır. Lakin dəfn xidməti üçün dövlət rüsumu müsəlmanlar üçün 63, qeyri-müsəlmanlar üçünsə 49 manat təşkil edir.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2026 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri