Icma.az
close
up
RU
İnsan vəhşilik edər, yırtıcılar mat qalar ZOOGENOSİD

İnsan vəhşilik edər, yırtıcılar mat qalar ZOOGENOSİD

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Kürklərini soymaq üçün onları dəyənəklə döyürlər, ayaqlarını sındırırlar, cərəyan verirlər, qazla zəhərləyirlər

80-ci illərdə xəz paltolar, kürklər əksər qadınlar üçün ideal geyim idi. Sonralar xəzlər unuduldu, gərəksiz əşya kimi atıldı, kürk geyimlər gülməli, köhnəlmiş və dəbdən uzaq kimi qəbul edildi. Bir müddət sonra isə xəzlər, paltoların boyun və qollarında təkrar istifadə edildi, həmçinin çantalar, çəkmələr, pul kisələri də heyvan dərisi və kürkü ilə hazırlanmağa başladı. Dəb insanların ağlını başından elə aldı ki, geyindikləri geyimin bir canlıya aid olduğunu, o dərinin, kürkün heyvana min bir işgəncə verərək əldə edildiyini bilə-bilə geyindilər.

Kürkdən istifadə edən insanların çoxu xəz heyvanların məruz qaldığı şiddəti, ağlasığmaz işgəncələri və həyat şəraitini bilmir. Əgər bir çox insan heyvanların kürkünü əlindən almaq üçün onlara yaşadılan qəddarlığı bilsə, kürkdən uzaq durmaq bir yana, bu biznesə nifrət edər. Kürk bir heyvana aiddir, daha doğrusu, bir vaxtlar aid idi. Bu fakt ya xəzdən istifadə edən insanların ağlına heç gəlmir, ya da xəz geyinmək və xəzdən hazırlanmış əşyalar almaq üçün bəhanələr tapır.

Xəzin əldə edilməsi və emalı sənayedir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, bu sənaye növünün də əsas məqsədi xərcləri azaltmaq və mənfəəti artırmaqdır. Bu sənaye üçün xəzi, kürkü olan heyvan ağrı hiss edən və ya hiss etmə qabiliyyətinə malik bir məxluq olaraq qəbul edilmir, ümumiyyətlə canlı hesab edilmir. Xəzli heyvanların (tülkü, şinşilla, dovşan və s.) 85 faizi xəz-dəri üçün saxlanılan heyvan təsərrüfatlarından, qalan hissəsi isə (fox, qunduz, qırmızı canavar, dələ, lütr) ov yolu ilə əldə edilir.

Dünyadakı kürk ticarətinin yüzdə 70%-ni tək başına reallaşdıran Çində illər əvvəl dəhşətli bir fakt aşkarlanmışdı. Video kadrları internetdə yayılan dəhşətli hadisə PETA-nın (People For The Ethical Treatment of Animals, yəni Heyvanlarla Etik Rəftar Üçün Mübarizə Dərnəyi) qəzəbinə səbəb oldu. Dünya mediasında və PETA-nın rəsmi orqanında yayımlanan video çarxa 18 yaşından aşağı insanların baxması qadağan edildi. Kadrlarda əks olunanlar dəhşət idi- qiymətli kürkü olan pişiklər və itlər saxlandıqları qəfəslərdən çıxarılaraq diri-diri qaynayan suya atılır. Qaynar su onların ölməsinə və ya huşunu itirməsinə səbəb olur və beləcə kürkləri də bədənlərindən asan soyulur. Qaynar su həm də heyvanların bədənində yuva salmış bit-birənin təmizlənməsi məqsədi ilə tətbiq edilir.

Çindən sonra bu biznesdə ən iri paya malik ölkələr Filippin və Taylanddır. Dünyada ən keyfiyyətli kürk Cənubi Amerika mənşəli şinşilladan əldə edilir. Şinşilla, ildə 2 dəfə doğan, hamiləlik müddəti 120 gün olan, hər bir doğumda orta hesabla 3-4 bala verən gəmiricidir. Qərbi Avropada bu heyvanın kürkünə tələbat yüksəkdir. Amma şinşillanın kürkünü əlindən almaq üçün ona dəhşətli işgəncələr verirlər.

Tələ yerinə xəzli heyvan fermaları

Heyvanların geyimi əlindən alınarkən yeganə meyar dərilərinə, tüklərinə zərər verməmək olduğundan, ov üçün ümumiyyətlə ayaq və ağız tələlərindən istifadə edilir. Tələlər, tutulacaq və tutulmayacaq heyvanlar arasında fərq qoyulmadan, təsadüfi qurulduğundan, xəz heyvanlardan başqa, başqa heyvanlar da bu tələyə düşərək ölürlər. Kürk istehsalçılarının bu qətliamı dünyada hər il milyonlarla canlının öldürülməsinə və eko-balansın pozulmasına səbbə olur.

Misal üçün, 1997-ci ildə 10 milyon xəzli heyvanı tutarkən 20 milyon başqa heyvan tələlərə düşüb və tullantı kimi bir kənara atılıb. Primitiv yaxalama üsulu olduğu üçün tələ, heyvana inanılmaz işgəncə verir. Tələyə düşmüş heyvanların əksəriyyəti aclıq və susuzluqdan, yaxud da xəz ovçuları gəlməmiş başqa vəhşi heyvanın hücumu nəticəsində ölür. Heyvan tələyə düşdükdən sonra qaçmaq üçün ayaqlarını gəmirməyə başlayır. Bu yolla az sayda heyvan xilas olur. Sağ qala bilməyənlər isə özlərinə zərər vuraraq qan itkisindən ölürlər. Tələdə ölən heyvanların mədələrində öz ayaqlarının parçaları, dırnaqları, sümük parçaları, dişlər tapılır. 90-cı illərdən bəri ov yolu ilə xəzli heyvanların yaxalanması, habelə tələlərin istifadəsi tənqidlərə səbəb olduğu üçün xəz-dəri fermaları ön plana çıxdı. İndi heyvanlar süni şəkildə artırılaraq biznes maraqları üçün istifadə edilir.

Xəz təsərrüfatları kənardan mədəni, zərərsiz yer kimi görünə bilər, amma orada heyvanlara, tələlərin verdiyi işgəncədən daha dəhşətli işgəncələr verilir. Əvvəla, xəz təsərrüfatlarının məqsədi heyvanları rahat, dinc və xoşbəxt saxlamaq deyil, bunu qəbul edək. Bu təsərrüfatlar həm də iqtisadi müəssisələrdir, burada heyvanlar ən ucuz başa gələn şəraitdə saxlanılır və ən ucuz şəkildə öldürülür. Mümkün olan ən kiçik yerdə maksimum heyvan yerləşdirmək üçün heyvanlar yalnız bir-iki addım ata biləcəkləri kiçik qəfəslərdə saxlanılır. Bu qəfəslər yan-yana və üst-üstə yığıldığı üçün gənə, birə və ya başqa parazitlər asanlıqla yayılır. Təsərrüfatdakı qəfəslər adətən açıq havada olur və heyvanlar küləyə, sərt soyuqlara, həddindən artıq istilərə məruz qalırlar. Heyvanların təbii mühitinə zidd olan bu şəraitdə həyat mübarizəsi gedir, daha güclülər zəifləri gəmirərək öldürür, bəziləri stresdən özlərinə xəsarət yetirməyə, yeni doğulmuş körpə heyvanları öldürməyə meyilli olur.

Bu prosesin sonunda heyvanları qorxulu bir ölüm gözləyir. Kürkün keyfiyyətini qorumaq yeganə məqsəd olduğu üçün ölüm yolu işgəncədən fərqlənmir. Heyvanlar bağlı qutuya doldurulur, bir dəlikdən işlənmiş qaz buraxılaraq zəhərlənir. Bu qaz həmişə öldürücü təsir göstərmir, ona görə də qazdan huşunu itirən heyvanların əksəriyyəti bədənlərindən dəriləri, xəzləri çıxarılan zaman özünə gəlir. Yəni, onların dərisi sağ ikən soyulur. Daha iri heyvanlar anus dəliklərinə daxil edilmiş dəmir çubuq vasitəsilə elektrik cərəyanı ilə öldürülür. Bu üsullardan başqa digər öldürmə üsulları da təzyiqə məruzqoyma kameraları, boyun sındırmaq, iflic eləmək, başlarını sərt yerə vurmaq, hündürlükdən yerə atmaq və dəmir çubuqlarla döyməkdir.

Hər il çantalar, ayaqqabılar, əlcəklər və kürklər üçün 40 milyon rakun qətl edildiyini bilirdinizmi? Bəs normal ölçüdə bir kürk hazırlamaq üçün ən azı 70 dovşanı qətl etmək lazım gəldiyini necə? Standart bir xəz palto üçün 80 şinşilla vəhşicəsinə qətl edilir. Hər il Kanadada 270-280 min bala fok heyvan qatillərinin dəyənəyi ilə döyülə-döyülə öldürülür. Ana fokun gözləri qarşısında balalarını tutub başlarını ucu çəngəl formasında olan alətə keçirib çarəsizcə sallanan bədənindən diri-diri dərisini üzüb çıxarırlar. Heyvan müdafiəsi təşkilatlarının nümayəndələri deyir ki, dünyada balasının diri-diri soyulduğunu görən ana fokun naləsindən daha dəhşətli bir səs yoxdur.

Cinayətə ortaq olmayın

Heyvanların insanlara xidmət etmək üçün yaradılması məntiqini onlara zərər verə bilmək ixtiyarı ilə eyniləşdirən insanlar elə düşünür ki, kürk əldə etmək üçün onlara dəhşətli işgəncələr vermək normaldır. Kürk və xəz heyvanın geyimidir və onu vəhşicəsinə sahibindən almaq dünyanın ən alçaq işidir. Kürk məsələsində söhbət tək öldürməkdən yox, qəddarlıq və işgəncələrlə vəhşicəsinə bir canlını öldürməkdən gedir.

Bəşəriyyətin, insanların, heyvanların rəhmə, insafa, mərhəmətə ehtiyacı var. Bəşəri mərhəmət var olmadıqca, qlobal əxlaq kodeksi bərqərar edilmədikcə dünya çox müharibə görəcək, hələ çox qanlar töküləcək. İnsanlar arasında gedən müharibələrin kökündə dilsiz-ağızsız heyvanlara edilən işgənclər dayanır çünki. Dünyanın səması o heyvanların ah-naləsi ilə əks-səda verir.

Unutmayın, kürklər parça deyil. Kürklər başqa bir canlının yaradan tərəfindən verilmiş geyimidir, paltarıdır. Kürklər, xəzlər öz sahiblərinin ayrılmaz orqanıdır. Kürklərin hər tükündə sahibinin qanı var, ahı, naləsi var. Kürklər, xəzlər saç, dırnaq deyil ki, kəsəsən uzana, ya da yerindən başqası çıxa. Kürk cinayətdir, kürk qətliamdır. Kürk geymək məcburiyyət deyil, zərurət deyil. Kürklər, xəzlər gözəldir, amma sahibinin üzərində. Kürk geymiş bir insan gözəl görünmür, qan iylənir, ölüm qoxuyur.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri