Icma.az
close
up
RU
İnsana bəznzər robot Ginnesin rekordunu qırdı Tarixi 106 kilometrlik səyahət...

İnsana bəznzər robot Ginnesin rekordunu qırdı Tarixi 106 kilometrlik səyahət...

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Çindən gələn xəbər insana bənzər robot texnologiyasında yeni bir mərhələ açıb. 

Qaynarinfo xəbər verir ki, "AgiBot A2” adlı insana bənzər robot 106 kilometrlik fasiləsiz yürüşünü tamamlayaraq "insana bənzər robot tərəfindən qət edilən ən uzun məsafə” kateqoriyasında Ginnesin dünya rekordunu yeniləyib.

Ginnesin Rekordlar Kitabı təşkilatının məlumatına görə, 1,69 metr hündürlüyündəki "AgiBot A2” 10 noyabr axşamı Çinin Suçjou şəhərindən yola çıxıb. Avtomobil yolları və şəhər küçələrini keçərək üç gün sonra, 13 noyabrda Şanxayın sahil bölgəsi olan Band sahəsinə çatıb.

Səfərin hər saniyəsi qeydə alınıb. Robot bu müddət ərzində yol hərəkəti qaydalarına riayət edib və çətin relyefli sahələr də daxil olmaqla müxtəlif səthlərdə uğurla hərəkət edib.

"AgiBot” şirkətinin yayımladığı görüntülərdə A2 model robotun yolda velosipedliləri və skuter sürənləri geridə qoyduğu anlar əks olunub. Robotun Şanxayın məşhur silueti fonunda, Band sahəsində ritmik addımlarla yürüməsi isə rekordun simvolik kadrlarına çevrilib.

Texnologiya nəhəngləri insana bənzər robotlar sahəsinə böyük sərmayələr yatırır. "Morgan Stanley”nin proqnozlarına görə, 2050-ci ilə qədər dünyada bir milyarddan çox insana bənzər robot ola bilər.

Çin hökuməti qlobal robotika sənayesində liderliyə nail olmaq məqsədilə yerli şirkətləri insana bənzər robotlar hazırlamağa təşviq edir. Bu çərçivədə avqust ayında Pekində dünyanın ilk İnsansı Robot Oyunları keçirilib və basketboldan rəqabətli təmizləməyə qədər müxtəlif sahələrdə 500-dən çox "robot-idmançı” yarışıb.

"AgiBot” firması A2 modelinin ilk növbədə müştəri xidmətləri sahəsində istifadə olunması üçün dizayn edildiyini açıqlayıb. Robot söhbət funksiyası ilə yanaşı, dodaq oxuma bacarığı ilə də təchiz edilib. Bu rekord həmçinin avtonom robotların gələcəyi üçün ümidverici hesab olunur. Uzun məsafələri insan müdaxiləsi olmadan qət edə bilməsi və mürəkkəb şəhər yollarında naviqasiya bacarığı logistika, fövqəladə hallar və insanlarla yanaşı çalışma kimi sahələrdə yeni imkanlar yaradır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri