Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

İnsanın əzəməti Dino Buzzatinin hekayəsi

İnsanın əzəməti Dino Buzzatinin hekayəsi

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

16 oktyabr İtaliyanın görkəmli yazıçısı Dino Buzzatinin doğum günüdür. Kulis.az bu münasibətlə Azad Yaşarın tərcüməsində yazıçının "İnsanın əzəməti" hekayəsini təqdim edir.

Keşikçilər çəlimsiz və saqqallı qocanı zülmətə qərq olan zindan qapısından içəri atdıqları vaxt artıq axşam düşmüşdü.

Qocanın saqqalı bəmbəyaz və iri idi, az qala özü boydaydı hətta. Qismən qaranlığa, qismən isə zülmətə bürünən kamerada onun saqqalından ətrafa zəif işıq dalğalarının yayılması digər məhbuslara müəyyən bir təəssürat bağışlayırdı.

Gözləri zülmətə hələ alışmayan qoca bu «dəlik”də tək olub–olmadığını anlaya bilmədiyindən səsləndi:

– Başqa kimsə var burada?
Cavab olaraq qulağına hırıltılar və deyinmələr dəydi. Sonra türmənin ədəb–ərkanına uyğun şəkildə hər məhbus özünü ona təqdim elədi:
Xırıltılı səslə biri dedi:
– Rikkardon Marçello, zor tətbiqiylə soyğun.
Sonrakı adam isə çəllək dibindən gələnə bənzəyən boğuq səslə dedi:
– Beççeda Karmelo, fırıldaqçı–residivist.
Sonra təqdimatın ardı gəldi:
– Marfi Luçano, zorlama üstə.
– Lavataro Maks, günahsız yerə.

Bu sözlərin ardınca şux bir qəhqəhə qopdu.

Zarafat hamının ürəyinə yağ kimi yayılmışdı: yoxsa əli onlarla qurbanın qanına bulaşan, quldur kimi ad çıxaran Lavataronu kim tanımırdı ki?
– Espozito Enea, qatil, – deyən şəxsin səsində özgüvəni sezilirdi.
Sonrakı adam təntənə ilə dedi:
– Muttironi Vinçenço, ata qatiliyəm. Bəs sən, qoca kaftar, kimsən və nəçisən?

Yeni məhbus karıxdı:

– Mənmi?.. Əslinə qalanda, bu, heç özümə də bəlli deyil. Yolda məni saxlayıb, sənəd istədilər, mənim isə ömürbillah hər hansı sənədim olmayıb.

Kimsə kinayə ilə:
– Hə–ə! Deməli, veyillənirmişsən də, – dedi. – Bəs adın nədir ey sənin?
– Mənim adım… Morrodur. Ləqəbim isə… e–e… Böyükdür.
– Deməli, sən Böyük Morrosan. Heç də fəna səslənmir, vallah! – deyə qaranlığı yaran səs bunu təqdir elədi. – Bu cana–cəsədə görə adın hədsiz yekəxana səslənir, o ada sənin kimisinin onu sığar!

Qoca üzüyola halda razılaşdı:

– Haqlısınız, amma bunda mənim bir günahım yoxdur. Bu ləqəbi mənə sırf məzələnmək üçün qoymuşdular, sonra mən də buna alışmalı oldum. Hətta onu da deyim ki, bu ləqəbə görə başım dəfələrlə cəncələ də düşüb. Məsələn, bir dəfə… Amma bu, uzun əhvalatdır…
Məhbuslardan biri kobud şəkildə qocanın üstünə çımxırdı:
– Danış, görək, danış deyirəm! Onsuz da burada bizim boş vaxtdan başqa heç nəyimiz yoxdur.
Kamera yoldaşları da onu dəstəklədilər. Axı, türmədə cansıxıcı keçən günlər üçün nəyləsə baş qatmaq – əsl bayramdır.

Qoca razılaşdı:

– Yaxşı, siz deyən olsun. Bir dəfə mən şəhərdə (adı vacib deyil) boş–bekar dolaşırdım. Bu vaxt iri bir saray gördüm, həyətdəki nökərlər ləziz taamlarla dolu məcməyiləri ora–bura daşıyırdılar. Düşündüm ki, yəqin burada böyük bir ziyafət veriləcək, ona görə də sədəqə istəməkdən ötrü oraya yaxınlaşdım. Amma heç ağzımı açmağa macal tapmamış boyu iki metrə çatan bir yekəpər yaxalığımdan yapışmaqla məni qamarladı və bağırmağa başladı: „Bu, həmin oğrudur, nəhayət, ələ keçdi! Ağamızın çulunu da dünən bu çırpışdırmışdı. Necə sırtılıbsa, təkrar bu qapıya gəlib! İndicə biz sənin qol–qabırğanı sındırarıq, onda görərsən!” Soruşdum: “Mənim qol–qabırğamı? Əgər mən dünən buralardan ən azı otuz mil uzaqlarda idimsə, onda sizin malınızı necə oğurlaya bilərdim?!” O, çığır–bağırla: „Səni mən öz gözlərimlə görmüşdüm. O çulu necə qamarlayıb qaçdığının canlı şahidiyəm”, – deyə məni həyətin tən ortasına sürütlədi.
Qarşısında diz çöküb, yalvardım: “Vallah, dünən mən buralardan otuz mil uzaqdaydım. Bu, sizin şəhərə ilk gəlişimdir. Siz gəlin, Böyük Morronun səmimi and–amanına inanın”. Qarşımdakı adam heyrətdən lap gözlərini bərəldərək, soruşdu:
"Necə, necə?”

Təkrarlamalı oldum: “Böyük Morronun andına inanın”. Qəfildən onu gülmək tutdu: „Deməli, sənmişsən Böyük Morro? Ay camaat, gəlin, bu cındıra bir baxın, sən demə, bunun adı Böyük Morro imiş!”
Sonra üzünü mənə tutub soruşdu:
– Sən heç bilirsən Böyük Morro kimdir?

– Yox, – dedim. – “Böyük Morro” ləqəbli başqa birisini tanımıram.

O yekəpər mənə izah elədi: „Böyük Morro – bir başqası yox, məhz bizim möhtərəm ağamızdır. Səfil bir dilənçi ikən, sən onun adını necə daşıya bilərsən?! Odur ki, işin fırıqdır! Hə, odur, ağamız özü də buraya gəlir!”

Həqiqətən də, ağa qopan səs-küyə sarayından çölə çıxmışdı. Görkəminə görə bu adam nəinki şəhərin, bəlkə də elə yer üzünün ən zəngin adamına bənzəyirdi. Yanaşıb, məni başdan–ayağa süzdü, bəzi suallar verdi və gülməyə başladı: hansısa lütün birinin onunla eyni adı daşımasına gülürdü o.

Sonra buraxılmamı əmr elədi, məni sarayına apardı, qızıl, ləl–cavahirat saxladığı zirehli otağı mənə göstərdi, məni doyunca yedirib-içirməyi tapşırdı nökərlərə.

Təkrar yanına gələndə dedi: “Ey ahıl dilənçi! Bu ad əhvalatında mənə qəribə gələn bir məqam var: vaxtilə Hindistana səfər etdiyimdə buna bənzər bir hadisə mənim də başıma gəlmişdi. Bir gün oradakı bazara satmaq üçün mal çıxartdım, satdığım malların əntiq və bahalı olduğunu görən xeyli insan maraqla başıma toplaşdı və mənim kim olduğumla, haradan gəldiyimlə maraqlanmağa başladı. Deyəndə ki, adım Böyük Morrodur, onlar təəccüblə soruşdular: “Böyük Morro? Sənin harandadır o böyüklük, o əzəmət, ay tacir? İnsanın əzəməti – onun ağlındadır. "Böyük Morro” adında cəmi bir nəfər var, o da bizim şəhərin sakinidir. O, bütöv bir ölkənin fəxridir, sən isə, əlbət, fırıldaqçının birisən. İndicə gedib, o adın sahibi qarşısında üzrxahlıq eləməlisən”.

Beləcə məni süpürləyib, əl–ayağımı bağladılar və o əsl Morro saydıqları və mənim varlığından bixəbər olduğum adamın yanına apardılar. O adam tanınmış alim, filosof, riyaziyyatçı, astronom və astroloq idi: camaat ona az qala bir Tanrı qədər sitayiş edirdi.

Xoşbəxtlikdən o, məsələdə bir anlaşmazlıq olduğunu ilk andan sezdi, qəhqəhə çəkdi, əl-ayağımın açılmasını buyurdu və məni yanına salıb, iş otağını, rəsədxanasını, oradakı və özünün ixtirası olan əcaib alətləri mənə göstərdi.

Sonra dedi: “Ey nəcib və yadelli tacir! Başına gələn bu əhvalatın ən maraqlı cəhəti odur ki, Levanta adasına səfərim əsnasında eynilə belə bir sərgüzəşti mən də yaşamışam. Payi-piyada bir vulkanın zirvəsinə yollanmışdım ki, onu tədqiq eləyim, amma bu vaxt zahiri görkəmindən yerli əhalidən olmadığımı anlayan bir dəstə döyüşçü məndən şübhələndi və kimliyimi öyrənmək istədi. Mən adımı dilimə gətirən kimi əl-qolumu qandallayıb, məni birbaşa şəhərə apardılar.
olboyu soruşurdular: "Deməli, sən özünü “Böyük Morro” adlandırırsan, eləmi? Sənin kimi özündənrazı alim axı necə böyük və əzəmətli ola bilər?! Bütün yer üzündə vur-tut bircə dənə Böyük Morro var – o da bizim adanın sultanıdır, o, tarixdə öz qılıncıyla zəfərlər qazanan cəngavərlərin ən böyüyüdür. Sənin bu yekəxanalığını görən kimi o, heç şübhəsiz, başını üzməyi bizə əmr edəcək”.
Onlar məni öz sultanlarının hüzuruna gətirdilər: bu adamın zəhmindən hər kəs tük salırdı. Bəxtim onda gətirdi ki, nə baş verdiyini ona yerli-yataqlı başa sala bildim, bu qəribə təsadüfü anlayan yenilməz cəngavər qəhqəhə çəkdi, qandallarımın açılmasını əmr elədi. Bahalı xələtlər bağışlayandan sonra məni öz sarayı ilə tanışlığa dəvət elədi ki, onun yaxın və uzaq adaların xalqları üzərindəki qələbələrini isbatlayan misilsiz qənimətləri göstərib, öyünə bilsin.

Ayrılanda mənə bunları dedi: "Ey nüfuzlu alim, ey mənim adaşım! Bu hadisədə mənə heyrətamiz gələn o məqamdır ki, Avropa adlandırılan o uzaq ərazilərdə döyüşdüyüm vaxt başıma eynilə buna oxşar bir hadisə gəlib. Öz döyüşçülərimlə meşədə irəliləyərkən qəfildən qarşıma kor-kobud dağlılar çıxdılar və məndən soruşdular: “Sən kimsən ki, öz silahlarının cingiltisiylə bizim meşələrin şirin yuxusuna haram qatırsan?” Mən də: "Böyük Morroyam” dedim və düşündüm ki, bəlkə bu cavabla onların canına qorxu salım.

Amma onlar istehza dolu təbəssümlə soruşdular: “Böyük Morro? Yəqin sən bizimlə məzələnirsən? Sənin kimi sərgərdan bir döyüşçü hansı böyüklükdən, əzəmətdən dəm vura bilər?! İnsanın əzəməti – onun nəfsinə hakim olmasında, ruhunun isə yüksəkliyindədir. Bu dünyada cəmi bir dənə Böyük Morro var və biz indi səni birbaşa onun yanına aparacağıq ki, əsl əzəmətin nədə olduğunu bəlkə aşkar anlayasan”.

Bunun ardınca onlar məni kiçik bir dərəyə apardılar, oradakı amanabənd bir komada cır-cındırından cin ürkən, bəyaz saqqallı bir qocanı mənə göstərdilər. Deyilənlərə görə, o, bütün ömrünü təbiəti seyr edib, Tanrıya şükür eləməklə keçiribmiş. Düzü, o vaxta qədər mən Ondan daha hüzurlu, hər şeydən razı və yəqin ki, həm də bəxtəvər bir insan görməmişdim. Ancaq nə gizlədim, o yaşdan sonra həyat tərzimi dəyişməm mənə tamamilə imkansız görünürdü.
Hansısa adanın sultanı müdrik bir alimə, alim də zəngin tacirə, həmin tacir isə onun qapısına dilənməyə gələn kasıb qocaya bax, bunları nağıl eləmişdi. Onların hamısının adı Morro imiş, həm də hər birisi bu və ya digər səbəblər üzündən "Böyük” ləqəbini qazanıblarmış.
Qoca öz hekayətini tamamlayınca, qaranlıq kamerada digər məhbuslardan birinin səsi əks–səda verdi:
– Əgər mənim zərrə qədər ağlım varsa, belə başa düşdüm ki, o küləş komada yaşayan lənətəgəlmiş ahıl və deməli, ən böyük Morro sən imişsən?
Qoca bunu nə təsdiqlədi, nə də inkar elədi, eləcə mızıldanaraq dedi:
– İndi nə deyim sizə, ay oğulbalalar? Özünüz də gördünüz ki, həyatda hər şey mümkün imiş!
Bunun ardınca hamı bir ara susdu, çünki həyatdakı bəzi şeylər hətta ən islaholunmaz əclafları da dərin düşüncələrə qərq edə bilir.

Azıx mağarası ilə bağlı kitabın təqdimat mərasimi keçirilib Erməni ssenaristi Bakıdan qovan, gizlincə dəfn edilən Xalq artisti kimdir? Tanınmış kanadalı fotoqrafın “Dəyişən Yer üzü” sərgisi açıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://kulis.az
archiveBu xəbər 16 Oktyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see414

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see334

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see262

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see262

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see255

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see254

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see248

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see245

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see238

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see238

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see232

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see231

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see225

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see225

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see213

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see207

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see204

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see203

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see195

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri