Icma.az
close
up
RU
İnsanın infarkt və ya insult olacağı gözündən OXUNUR

İnsanın infarkt və ya insult olacağı gözündən OXUNUR

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər infarkt və insult ölüm səbəbləri arasında öz yerini qoruyur. 

Bu riskləri minimuma endirmək üçün tibb dünyasında çeşidli araşdırmalar aparılır. Artıq insanın gözünə baxaraq onun  infarkt və ya insult riskini dəyərləndirmək mümkün olacaq. Belə ki,  göz dibinin sadə rəqəmsal fotoşəkili növbəti 10 il ərzində infarkt və ya insult riskini dəqiq proqnozlaşdıra bilər. 

“Cebehinfo.az” xəbər verir ki, Bu, Dandi Universitetinin (Şotlandiya) alimlərinin gəldiyi nəticədir. 

Göz dibi, torlu qişa və optik sinir başını əhatə edən lensin qarşısındakı gözün daxili səthidir. Göz dibindən qan damarları keçir, bu da retinaya qida verir. Beyinə məlumat ötürən optik sinir də burada yerləşir.

Bu strukturların hər hansı bir dəyişməsi və ya zədələnməsi yalnız görmə keyfiyyətinə mənfi təsir göstərmir, həm də digər patologiyaların əlamətləri ola bilər. 

Bu məlumatları nəzərə alan alimlər süni intellektə əsaslanan alqoritm hazırlayıblar ki, bu da bir neçə saniyə ərzində fərdi ürək-damar riskini qiymətləndirə bilər. Alət retinal damarlardakı dəyişiklikləri - daralma, tıxanma və ya zədələnmə kimi - təhlil edir və onları infarkt və ya insult riski ilə müqayisə edir.

Bu, artıq 1200 könüllü üzərində sınaqdan keçirilib. Üç il fərqlə iki müayinə arasında ən çox risk artımı olanlar sonradan ürək və damar xəstəlikləri ilə 54% daha çox qarşılaşıblar.

Bir şəkil üzrə proqnozun dəqiqliyi 70%-ə çatıb. Klassik risk faktorları və genetik meyil haqqında məlumatı bura əlavə edərkən bu rəqəm 73% olub. Müəlliflər hesab edirlər ki, bu cür texnologiyalar gündəlik praktikaya, məsələn, oftalmoloqa səfərlər zamanı tətbiq oluna bilər.

Bu, risk qrupundan olan insanları əvvəlcədən müəyyən etməyə və vaxtında profilaktik tədbirlər görməyə kömək edəcək. Yəni həyat tərzinin dəyişdirilməsindən tutmuş dərmanların təyin edilməsinə qədər müxətlif vasitələr var.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: infarkt insult

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyul 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri