Icma.az
close
up
RU
İnsanın yaşamaq ümidinə toxunmayın…

İnsanın yaşamaq ümidinə toxunmayın…

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Dostum Azərin xəstəliyinə belə həsəd aparanlara

Əliməmməd Nuriyev

Azərin yazısını oxudum. Doğrusu, oxuduqca adamın ağlına çox şey gəlir, amma bəzi şeyləri ifadə etməyə söz tapmaq çətindir.

Azəri 30 ildən artıqdır tanıyıram. Dostuq. Bu illər ərzində onunla çox məsələlərdə eyni düşünmüşük, razılaşmadığımız məqamlar da az olmayıb. Amma onun yaxşı jurnalist, yaxşı qələm sahibi olduğuna həmişə inanmışam. Peşəsini sevir, sözə məsuliyyətlə yanaşır, öz mövqeyi var. Mənim tanıdığım Azər budur.

Son aylarda isə onun nə qədər böyük iradə sahibi olduğunu daha yaxından gördüm.

Ağır xəstəliklə üz-üzə qalan insanın nələr yaşadığını kənardan tam bilmək mümkün deyil. Azərin yazdıqlarını oxuyanda bunun yalnız bir hissəsini anlayırıq: əməliyyat, kimyaterapiya, şüa, ağrılar, gözləmələr… Bir də bütün bunların arxasında insanı bəlkə də ən çox incidən sual: axırı necə olacaq?

Belə vəziyyətdə olan insana əl uzadılıb. Cənab Prezident onun səhhəti ilə maraqlanıb, müalicəsini diqqətdə saxlayıb. Heydər Əliyev Fondu kömək edib. Buna yalnız sevinmək olar. Mən də bir dostu kimi buna görə minnətdaram.

Amma Azərin yazısından öyrənirəm ki, buna da başqa cür baxanlar, “niyə o?”, “bəs başqaları?” deyənlər olub. Doğrudan da, başa düşə bilmirəm. Axı söhbət vəzifədən, mükafatdan, hansısa maddi imtiyazdan getmir. İnsan ağır xəstədir və ona yaşamaq üçün kömək edilir.

İnsan buna necə həsəd apara bilər, bunu anlaya bilmirəm.

Bəlkə, “bəs başqaları?” sualını verənlərin bir qismi bunu doğrudan da başqa xəstələrin qayğısını çəkərək deyir. Onda həmin insanların da yanında olaq, onlar üçün də kömək istəyək. Buna kim etiraz edə bilər? Amma bir xəstəyə kömək göstərilməsini başqa xəstənin adı ilə qınamaq tamam başqa şeydir.

Belə də olmaz axı.

İnsanın ürəyi nə qədər sərtləşməlidir ki, ağır xəstəliklə mübarizə aparan birinin aldığı kömək belə onu narahat etsin? Başqasının ağrısı qarşısında susmaq bir yana, onun sağalmaq imkanına da kölgə salmaq niyə?

Xəstəlik qarşısında heç olmasa mərhəmətimizi itirməyək.

Mən bütün xəstələrimizə şəfa arzulayıram. Tanıdığım, tanımadığım hər kəsə. Allah heç kimi çarəsiz dərdlə üz-üzə qoymasın. Köməyə ehtiyacı olanın qarşısına kömək edə biləcək insan çıxarsın.

Azər isə indi öz savaşını aparır.

Dostum, mən sənin bu illər ərzində çox yazını oxumuşam. Sərt yazını da, kövrək yazını da. Amma bəlkə də ən çətin yazını indi qələmlə yox, öz həyatınla yazırsan.

Onu sona qədər yaz, dostum. Biz sənin yanındayıq.

Azər, sən sadəcə sağal…

Qalan söhbətlərə sonra da vaxt tapılar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Sentyabr 2026 22:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri