Icma.az
close
up
RU
İnsanla təbiət arasında körpü...

İnsanla təbiət arasında körpü...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli parklar bizə əmanət edilən gələcəkdir

11 yanvar Dünya Qoruqlar və Milli Parklar Günüdür. 1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. 1997-ci ildən isə bu tarix Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il qeyd olunur. Dünyanın ayrı-ayrı şəhərlərində öz qeyri-adiliyi ilə seçilən və xüsusi maraq doğuran parklar var. Hansı ki həmin parklar insanlara ayrı bir gözəlliyi göstərir.

Dünyanın 10 belə qeyri-adi parkı haqqında məlumata nəzər salaq:

Laosda “200 Budda” parkı

“200 Budda” parkı bu yaxınlarda Laosun dini xadimlərindən biri Bunilya Sulitat tərəfindən yaradılıb. Parkın inşası uzun müddət davam etsədə, Sulitat onu yekunlaşdıra bilməyib. Dəli olub. Parkın elədə geniş olmayan ərazısındə 200 Buddizm tanrılarnın, İudey və Buddizm mifoloqiyalarının qəhrəmanların heyykəlləri qoyulub. Heykəllərlə yanaşı, parkda Sulitin şüşə tabut içərisində balzamlanmış cəsədi də ziyarətçilər üçün açıqdır.

Avstriyada “Yaşıl ada” parkı

Bu, dünyanın ən maraqlı parklarından biridir. Qış vaxtı insanlar bu parka gəzmək, onlara rahat olan yerlərdə, skamyalarda oturub dincəlmək məqsədi ilə gəlir. Yay vaxtı isə baş verən təbii proseslər ərzində park su altında qalır. Yəni həmin o parkın yollar, bitkilər, oturacaqlar və sairə su altında qalır. Su isə o qədər təmiz olur ki, ziyarətçilər sandallarda üzərkən su altında qalmış parkı seyr edir. Yaşıl göldə yay vaxtı rəngarəng balıqlar da üzür. Və bu prosses periodik olaraq hər il baş verir.

Taylandda “Günahkarlar parkı”

Bu parkı qeyri- sabit psixikası olan adamların ziyarəti üçün məsləhət görülmür. Məsələ orasındadır ki, bu park cəhənnəmin yer üzündəki əksidi. Hətta bu cür dəhşətli görüntü ilə yetinməyənlər taylandlılar, eybəcər səslərlə də parkı tamamlayıblar. Hətta bir çox taylandlılar tərbiyə məqsədi ilə, bura öz uşaqlarını gətirirlər.

Şotlandiyada Kosmiki park

Bu park ABŞ-ın məşhur kosmik araşdırmaçıları Çarlz Ceniks və onun həyat yoldaşı Meqqi Çesvik tərəfindən yaradılıb. Cütlüyün bu parkı yaratmaqda məqsədi, insanlarda kosmik fəza və insanın oradakı mövcudluğu haqda təsəvvür yaratmaqdır. Parkın ziyrətçiləri burada “qara dəliy”ə düşə bilər, Kleynin butlakasına daxil ola bilər, hətta ağır riyazi məsələlər üzərində düşünə bilər.

ABŞ da “Yaradılış” parkı

Bu parkın ümumilikdə yaradılma məqsədi, parkı ziyarət edən insanlara yer üzünün İncirdə göstərildiyi kimi Adəm və Həvvadan yaradılması əslində heç bir vaxt və heç bir halda Təkamül nəzəriyyəsinə zidd olmayıb. Məsələ burasındadır ki bu parkda olan bir çox eksponatlar həqiqi arxeoloji axtarışlar zamanı əldə olunan tapıntılardır.

Niderlandda, “Kokenfox” parkı

Kokenfox bütün dünydda öz tulpanları ilə məşhurdur. Parkın 32 hektar ərazisində 100 növ tulpan yetişib. Təbii ki, parkda tülpanlardan başqa güllər də yetişir: orxideyalar, qızıl güllər, yasəmənlər və sairə. Amma təəssüf ki, bu park tülpanların yetişməsi mövsümü ilə əlaqədar hər il mart ayından may ayına qədər fəaliyyət göstərir. Orta hesabla hər il tülpanları görməyə, parka 800 min insan axın edir.

Kosta-Rikada “Fransisko Alvarado” parkı

Bu park landşaft dizaynının bir möcüzəsidir. Ziyarətçilər burada müxtəlif ağac növlərindən, canlı bitkilərdən hazırlanmış heyvan fiqurları, insan fiqurları görə bilərlər. Parkın vahiməli bir görünüşü var. Xatırladaq ki, bu park ümumilikdə canlı bitkilərdən ibarətdir.

Sinqapurda quş parkı

Burada dünyanın hər bir nöqtəsindən gətirilmiş quşlar saxlanılır, Avrpadan, Afrikadan, Amerikadan və s. Parkın ən büyük üstünlüyü onun tərtibatındadr. Bura daxil olan hər bir ziyarətçidə elə bir təsəvvür yaranır ki, elə bil bu quşlar tamamilə azadlıqdadırlar. Burada qəfəs və yaxud da quşları saxlamaq üçün heç bir vasitə yoxdur. Quş parkında hər növ quşlar üçün onlara spesifik olan, təbii atmosfer yaradılıb. Məsələn, pinqvinlər üçün kondisionerli sistem, flaminqolar üçünsə süni hovuzlar yaradılıb.

Bu maraqlı parkda, yuxarıda da qeyd etdiyimiz kimi dünyanın hər yerindən gətirilən, 1500 quş növü saxlanılır. Parkda olan ən böyük qadağa isə quşları yemləməkdir. Bu, onların sağlamlıqları üçün zərərlidir.

Çində “Karliklər krallığı” parkı

Bu ərazi parkdan daha çox karliklərin yaşadığı bir kəndi xatırladır. Parkın ərazisində xəstəxana, məktəb və mağazalar var. Karliklər krallığında yerləşən bütün evlər göbələk formasını daşıyır. Parkn bütün xidmətləri, balacaboy sakinlər tərəfindən göstərilir.

Yaponiya - “Şahmat parkı”

Yaponiyanın Osaka şəhərində, stolüstü oyunlara həsr olunmuş, park salınıb. Parkda olan bütün yollar, oturacaqlar, uşaq atraksionları, şahmat şəklində, şahmat fonuna uyğun tərtib edilib. Bu park yerli yaponlar tərəfindən çox sevilir. Bu park həm də bir xüsusiyyəti ilə də maraqlıdı, parkın hazırlanmasına o qədərdə böyük bir vəsait xərclənməyib. Şahmat parkı ekoloji cəhətdən təmiz və ucuz materiallardan hazırlanıb.

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir. Ümumiyyətlə, ölkəmizdə milli parkların yaradılma tarixi 2003-cü ilə təsadüf edir. 2003-cü ildən başlayaraq Azərbaycanda Milli Park statuslu təbiət əraziləri yaradılıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasında əsas məqsəd unikal təbiət komplekslərinin, landşaftın, Qırmızı kitaba düşmüş, nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsindən ibarətdir.

Hazırda ölkəmizdə 893 min ərazini əhatə edən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsi mövcuddur. Bu, ölkə ərazisinin ümumilikdə 10,3 faizini təşkil edir. Bunun da 3,7 faizi Milli parkların payına düşür. 1925-ci ildə Azərbaycanda ilk dəfə Göygöl Dövlət Təbiət Qoruğu yaradılıb. 1929-cu ildə Qızılağac və Zaqatala qoruqları, 1936-cı ildə Hirkan qoruğu təsis edilib. 1958-ci ildən 1990-cı ilə kimi qoruqların yaradılması prosesi davam etdirilib və bir neçə ildən bir yeni qoruq təşkil edilib. 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğu yaradılıb. 2003-cü ildə Naxçıvanda Şahbuz, 2004-cü ildə isə Eldar şamı, 2007-ci ildə Bakı və Abşeron yarımadasının Palçıq Vulkanları Qrupu, 2008-ci ildə isə Korçay Dövlət Təbiət Qoruğunun əsası qoyulub. Eyni zamanda 2003-cü ildə Türyançay, Pirqulu, İlisu, Qarayazı, İsmayıllı, 2008-ci ildə isə Zaqatala Dövlət Təbiət qoruqlarının əraziləri 2-3 dəfədən çox genişləndirilib. Onu da qeyd edək ki, ölkəmizdə 2003-cü ilə kimi Milli parklar mövcud olmayıb. 2003-cü ildən başlayaraq ETSN tərəfindən Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl Milli parkları yaradılıb.

Milli parklar və qoruqlar biomüxtəlifliyin qorunması, planetimizin ekosistemlərinin sağlamlıq və davamlılığının təmin olunmasında mühüm vasitədir. Onlar gələcəyə qoyulan sərmayədir. Milli parklar və qoruqlar həmçinin gələcək nəsillərin həyatın zənginliyi və müxtəlifliyindən faydalanmasını təmin edir.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri