Icma.az
close
up
RU
İnsanlar 20 il ərzində maşınlarla birləşəcək, zəka milyon dəfə artacaq!

İnsanlar 20 il ərzində maşınlarla birləşəcək, zəka milyon dəfə artacaq!

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Amerikalı kompüter alimi və fütürist Rey Kurzveil uzun illərdir təkliyin çox güman ki, 21-ci əsrin ortalarında baş verəcəyini iddia edirdi.

News24.az HİT.az-a istinadən xəbər verir ki, "Təklik Daha Yaxındır" (The Singularity is Nearer) adlı kitabında Kurzveil bu proqnozlarını daha da möhkəmləndirir və insan zəkasının nanobotlar (və digər əlavələr) vasitəsilə milyon dəfə artacağını ətraflı şəkildə izah edir.

Dünyanın aparıcı elm jurnallarından "Popular Mechanics"-də dərc olunan xəbərdə Kurzveil haqqında belə deyilir: "Dünya şöhrətli futurist olmaq adətən ehtiyatlı proqnozlarla olmur. Heç kəs Rey Kurzveil qədər iddialı gələcək proqnozları vermir".

Bir zamanların kompüter alimi olan Kurzveil uzun müddətdir ki, insanlığın "təklik" adlanan nöqtəyə – yəni insanla maşının birləşdiyi ana doğru irəlilədiyinə inanır. 1999-cu ildə Kurzveil ümumi süni intellektin (AGİ) insanlıq saniyədə trilyonlarla əməliyyat yerinə yetirə bilən texnologiyaya çatdıqda həyata keçəcəyini irəli sürmüş və bunun 2029-cu ildə baş verəcəyini proqnozlaşdırmışdı.

Xəbərə görə o dövrdə mütəxəssislər bu fikrə gülmüşdülər. Bunun baş verməsinin ən azı bir əsr çəkəcəyini düşünürdülər. Lakin Kurzveilin təqvimi indi cəmi bir neçə il uzağımızda dayanır və Ümumi Süni İntellekt (AGİ) haqqında danışıqlar getdikcə artarkən, bu proqnoz indi daha da diqqətçəkən olur.

Rey Kurzveil - amerikalı ixtiraçı, kompüter alimi, yazıçı və futurist. 12 fevral 1948-ci ildə anadan olub. Xüsusilə süni intellekt, transhumanizm, təklik (singularity) və texnologiyanın insan təkamülünü necə dəyişəcəyi ilə bağlı iddialı proqnozları ilə tanınır. Həmçinin çoxsaylı texnoloji yeniliklərin və patentlərin müəllifidir.

1970-ci illərdən etibarən OTR (optik simvol tanıma), mətndən-səsə çevirən proqramlar və ilk musiqi sintezatorları kimi sahələrdə pionerlik etmişdir.

Kurzveil insanın bioloji məhdudiyyətlərini aşaraq daha uzun, sağlam və ağıllı bir varlığa çevrilə biləcəyinə inanır. Öz həyatını uzatmaq üçün hər gün onlarla qida əlavəsi qəbul edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri