Icma.az
close
up
RU
İnsanlar 200 il yaşaya biləcək Alimlər yolunu tapdı

İnsanlar 200 il yaşaya biləcək Alimlər yolunu tapdı

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ alimləri uzunömürlülüyün sirri ilə bağlı maraqlı nəticə əldə ediblər. Araşdırma göstərir ki, bəzi balina növlərində DNT zədələnməsini sürətlə bərpa edən xüsusi protein mövcuddur və bu mexanizm gələcəkdə insan ömrünün uzadılması üçün istifadə oluna bilər.
Demokrat.az-ın məlumatına görə tədqiqat "University of Rochester" alimləri tərəfindən aparılıb və nəticələri "Nature" jurnalında dərc olunub. Alimlər bildirirlər ki, məməlilər arasında ən uzunömürlü canlılardan sayılan balinaların hüceyrələrində DNT zədələnməsini çox sürətlə bərpa edən xüsusi molekulyar mexanizm fəaliyyət göstərir.
Elmi ədəbiyyatda bu fenomen Peto's Paradox kimi tanınır. Normal şəraitdə bədənin ölçüsü və hüceyrələrin sayı artdıqca xərçəng və mutasiya riski də yüksəlməlidir. Lakin balinalar böyük ölçülərinə baxmayaraq nadir hallarda xərçəngə tutulur və çox uzun ömür sürürlər.
Araşdırma zamanı alimlər bu xüsusiyyətin CIRBP adlı proteinlə əlaqəli olduğunu müəyyən ediblər. Məlumata görə, bu protein balina toxumalarında digər məməlilərlə müqayisədə təxminən 100 dəfə daha yüksək səviyyədə olur və hüceyrələrdə DNT-nin bərpasını sürətləndirir.
Laboratoriya şəraitində aparılan sınaqlarda bu proteinin xüsusi versiyası insan hüceyrələrinə əlavə edilib. Nəticədə hüceyrələrin DNT zədələnməsini daha dəqiq və sürətli şəkildə bərpa etdiyi müşahidə olunub, mutasiya yığılması isə əhəmiyyətli dərəcədə azalıb.
Araşdırmanın müəlliflərindən Vera Gorbunova bildirib ki, əldə olunan nəticələr yaşlanma prosesinin yavaşladılmasının bioloji baxımdan mümkün olduğunu göstərir.
Tədqiqatda maraqlı məqamlardan biri də bu proteinin soyuq temperaturun təsiri ilə aktivləşməsi olub. Alimlər müəyyən ediblər ki, bədən temperaturu bir neçə dərəcə aşağı düşəndə hüceyrələrdə DNT bərpa mexanizmi daha fəal işləyir.
Tədqiqatçı Andriy Seluanov qeyd edir ki, nəzəri olaraq qısa müddətli soyuq duş və ya soyuq suda üzmək bu proteinin istehsalını stimullaşdıra bilər.
Hazırda alimlər bu mexanizmin canlı orqanizmlərdə ömür müddətinə real təsirini müəyyənləşdirmək üçün siçanlar üzərində əlavə təcrübələr aparırlar. Araşdırma uğurlu nəticə verərsə, gələcəkdə yaşlanmaya bağlı xəstəliklərin qarşısının alınması və insan ömrünün əhəmiyyətli dərəcədə uzadılması mümkün ola bilər.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Mart 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri