İnsanlar bədənlərini tanımırlar Tükənmişlik hissinin səbəbi nədir?
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Nine Senses Fest 2025" festivalında çox böyük ruhsal, şüuraltı, bədənsəl, fiziki, yaradıcı partlayış olacaq".
Bu sözləri festivalın açılış mərasimində Oxu.Az-a açıqlamasında pedaqoq Aytən Əfəndi deyib.
O bildirib ki, insanların öz bədənlərini, ruhunu, daxili aləmini, emosiyalarını tanıması əsas qayədir:
"İnsanların bu 3 gündən sonra həyatında böyük dəyişiklik olacaq. Yoqa onların düşünməsinə, ruhsal yanaşmasına emosional intellektin inkişafına çox böyük töhfə verəcək. Yoqa vasitəsilə insanlar öz bədənlərini tanıyacaqlar.
İnsanların əsas problemi öz bədənlərini tanımamaları, ağrılarını hiss etməmələridir. Bu tip tədbirlər insanların bədənlərini tanımağa, hiss etməyə sövq edir və onlarda fərqindəlik yaranır".
Aytən Əfəndi qeyd edib ki, insanlarda yaranan tükənmişlik hissinin səbəbi resurs əldə edə bilməmələridir:
"İş mühitində, universitetlərdə, ailə-məişət məsələlərində insanlar tükənmişlik hissini yaşayırlar. Buna səbəb insanların resurs əldə edə bilməmələridir. Belə tədbirlər onlara resurslar, yaradıcılıq hissləri verir. Bəzi insanlarda həyata baxış bu tip tədbirlərdən sonra dəyişir".
Aygün Mirakif
Baxış sayı:68
Bu xəbər 02 May 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















