Icma.az
close
up
RU
İnsanlar bir birindən barmaq izləri qədər fərqlənirlər Gülşən Rüstəmovadan maraqlı AÇIQLAMA

İnsanlar bir birindən barmaq izləri qədər fərqlənirlər Gülşən Rüstəmovadan maraqlı AÇIQLAMA

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Həyatda hər bir insan fərdidir və özünəməxsus şəxsiyyətə malikdir. İnsanlar bir-birindən barmaq izləri qədər fərqlənirlər. Oxşar cəhətlərimiz və bənzər temperamentlərimiz olsa da, hər birimizin özünə məxsus xüsusiyyətləri vardır. Bəzən kənardan baxanda "küsəyən insan" olaraq tanıdığımız insanlar var. Lakin onların küskünlük motivləri fərqlidir. Hər bir insana təsir edən tətikləyicilər və səbəblər müxtəlifdir. Bəzi insanlar bu küskünlükləri həyatları boyunca daşıyır, bəziləri isə bu hissi özlərindən uzaqlaşdırmağa çalışır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova tez-tez küsən insanlardan danışarkən bildirdi.

Onun sözlərinə görə, psixologiya baxımından küskünlük acizlik əlaməti kimi qeyd olunur:

"Yəni insan bir məsələni həll etməkdə və ya üzləşdiyi problemi çözməkdə çətinlik çəkirsə, bu çətinliyi küskünlüklə ifadə edir. Lakin məsələ daha dərindir və sadəcə üzə çıxanla məhdudlaşmır. Yaşımız artdıqca, bəzi insanlar açıq sözlü olmağa cəsarət etmirlər. Gənclikdə daha cəsarətli olduğumuz halda, yaşlandıqca, cəmiyyətin tələblərinə uyğun davranmağa çalışırıq və bu da küskünlüyü gizlədə bilir. Küsən və inciyən insanlar hər zaman kənardan görünməyə bilər. Bir çox insanın içində küskünlük, mübarizələr baş verir, amma bu, ətrafdakı insanlar tərəfindən hiss edilmir".

Psixoloq qeyd etdi ki, küsmək çox mürəkkəb və çoxşaxəli bir mövzudur.

"Çox sayda insan, küsdüyü zaman bunu başqalarına bildirmir. Onlar içərisində səssiz mübarizələr aparır, daxili dünyalarında savaşlar yaşayırlar. Küsmək əslində çox mürəkkəb bir məsələdir və bir çox müxtəlif səbəblərdən irəli gələ bilər. Bəzi insanlar küsməklə, sanki bir üsyan edirlər və başqalarının da onlardan nəsə soruşmasını, onların nə baş verdiyini anlamağa çalışmasını gözləyirlər. Amma özləri bu məsələləri açmaq üçün cəsarət tapmırlar. Eyni zamanda, küsən insanlar adətən böyük gözləntiləri olan şəxslərdir. Atalarımızın dediyi kimi, "uman yerdən küsərlər." Çünki biz öz gözləntilərimizi və ehtiyaclarımızı qarşılaya bilmədikdə, bu, frustrasiya və məyusluğa səbəb olur. Nəticədə, biz küskün insana çevrilirik. Lakin, küskün insan hər zaman sakit insan demək deyil. İçərisində gizli aqressiya daşıyır və bu, heç də hər zaman ortaya çıxmır. Nə vaxtsa, bu daxili gərginlik partlayışa səbəb ola bilər. Bu məsələnin çoxşaxəli olduğunu unutmamalıyıq. Küskünlük, hər birimizin daxili dünyasında fərqli şəkildə təzahür edir və hər insanın reaksiya vermə tərzi özünəməxsusdur", - deyə Gülşən Rüstəmova yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Dekabr 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see259

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri