İnsanlar ən çox hansı çimərliklərdə boğulur ADLARI
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu il ərzində dənizdə 23 nəfər, göllərdə 3, çaylarda 5, suvarma kanallarında 18, su anbarlarında isə 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Lent.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.
O, Xəzər dənizi hövzəsində təhlükəli hesab edilən əraziləri də açıqlayıb.
“Bilgəh qəsəbəsində 12-ci dalan, Mərdəkan-Şüvəlan ərazisində Mil qaya, Novxanı qəsəbəsində Sarıqaya kifayət qədər təhlükəli ərazi kimi qiymətləndirilib. Burada sualtı axınlar normadan artıqdır, bəzi ərazilərdə qəfləti dərinliklər mövcuddur”, - FHN rəsmisi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 Sentyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















