İnsanlar qocalıqda nədən peşman olurlar? Psixoloq üç ən çox yayılmış səhvi açıqladı
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İllər keçdikcə insanlar daha çox təcrübə qazanır və ən azı öz səhvlərindən çıxardığı nəticələri paylaşa bilirlər.
Qayanrinfo xəbər verir ki, psixoloq Laklan Braun bir dəfə 60 yaş və daha yuxarı tanışlarından həyatlarındakı nələrə görə ən çox peşman olduqlarını soruşub. O, nəticələri "Veg Out" nəşrində paylaşıb.
Braun ümumilikdə təxminən 40 nəfəri sorğuya cəlb edə edib. O müşahidə edib ki, cavabların çoxu olduqca tipik olub: "Fərqli həyat, fərqli hekayələr, amma eyni emosional mövzular dəfələrlə təkrarlanır".
Beləliklə, Braunun sorğusuna görə, yaşlı insanların əksəriyyətinin peşman olduğu üç əsas şey bunlardır:
1. Başqalarını məmnun etməyə çox vaxt sərf etmək
Sorğu iştirakçıları müxtəlif situasiyalardan danışıblar, amma nəticə eyni olub. Kimsə valideynlərinin tövsiyəsi ilə peşə seçmiş, kimsə ailəsinin razılığı ilə evlənmişdi. Sonradan bu insanlar illərlə bu seçimlərinə görə peşman olmuşdular, halbuki bu seçim onlara əslində təsir olunmuşdu.
2. Öz sağlamlığına laqeyd yanaşmaq
Braunun sözlərinə görə, bu peşmançılıq demək olar ki, hamıda var idi. Hətta rəngarəng və dolğun həyat yaşamış insanlar belə bu səhvdən şikayət edib. Çox vaxt insanlar idman zalında müntəzəm məşqləri deyil, bədən ehtiyaclarını – yetərli yuxu, müntəzəm gəzmək, stresslə mübarizə və sağlam qidalanma – nəzərə almadıqlarını deyiblər.
3. Arzuladıqları şeyi etməyə qorxmaq
60 yaşdan yuxarı insanlar Braunla danışarkən, mübarizə aparmadıqları məhəbbətlərdən, risklərdən danışıblar. Bir kişi həmişə roman yazmaq arzusunda olduğunu, amma bütün həyatını bunu ertələdiyini deyib, sanki kimsə ona icazə verməli imiş. Başqa bir qadın isə tək səyahət etmək istəyib, amma heç vaxt cəsarət etməyib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Noyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















