Icma.az
close
up
RU
İnsanlar üzərində dəhşətli təcrübələr aparılan laboratoriya

İnsanlar üzərində dəhşətli təcrübələr aparılan laboratoriya

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çində arxeoloqlar yeraltı laboratoriya tapıblar. İkinci Dünya Müharibəsi zamanı yapon alimləri insanlar üzərində dəhşətli təcrübələr aparmaq üçün bu laboratiryadan istifadə ediblər.

AzPost bildirir ki, “South China Morning Post”  qəzetinin məlumatına görə, “dəhşət bunkeri” Çinin şimal-şərqində yerləşir. O, Heilongjiang əyalətinin Anda şəhəri yaxınlığında tapılıb.

Çinli arxeoloqlar tapıntını Yaponiya İmperator Ordusunun bədnam 731-ci dəstəsinin ən çox istifadə edilən böyük təlim poliqonu adlandırırlar. Bu dəstə üzvləri 1935-1945-ci illər arasında insanlar üzərində ən qəddar təcrübələrini həyata keçirdilər.

Tarixi qeydlər sübut edir ki, 731-ci dəstə Anda poliqonunda apardığı təcrübələr zamanı yeni bioloji silahları sınaqdan keçiriblər. Bunun üçün məhbusları ölümcül xəstəliklərə yoluxdurublar. Ən dəhşətli tədqiqatlardan bəziləri patogenlərin yayılmasına nəzarət etmək üçün nəzərdə tutulmuş yeraltı bunkerlərdə aparılıb.

Müharibədən sonra dəhşətli proqramda iştirak edən əsas fiqurlar, o cümlədən bir neçə yapon alimi həbsdən yaxa qurtara biliblər. Onlar tədqiqat nəticələrini davam etdirmək müqabilində ABŞ prokurorluğundan immunitet əldə ediblər.

Heilongjiang Mədəni Əmanətlər və Arxeologiya İnstitutunun tədqiqatçıları həmkarları ilə birlikdə qazıntı zamanı bir neçə metoddan istifadə ediblər. Nəticədə onlar müxtəlif tunel və kameralardan ibarət yeraltı obyekt aşkar ediblər.

Bunker U şəklindədir. Uzunluğu təxminən 33 metr, eni 20 metrdən çoxdur.

Otaqlar yeraltı tikilinin yan tərəflərində yerləşir. Onlardan biri dəyirmi formadadır və diametri 3 metrdir. Alimlər insanların patogenlər və ya kimyəvi maddələrə məruz qaldıqdan sonra müşahidə üçün oraya gətirildiyindən şübhələnirlər.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see361

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see323

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see304

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see296

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see288

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see283

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see279

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see277

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see244

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see238

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see229

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see224

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see224

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see223

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see220

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see218

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see212

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see211

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see210

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri