İnsanlara atəş açan şəxsin kimliyi bəlli oldu
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Arktikada yerləşən Murmansk şəhərinin mərkəzi hissəsində binanın damından atəş açan şəxs federal agentliyin Şimal Ekspedisiya Fövqəladə Xilasetmə Bölməsinin əməkdaşıdır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə regional hüquq-mühafizə orqanlarının rəsmisi TASS-a bildirib.
"Şübhəlinin Vladislav Zavqorodnı olduğu müəyyən edilib. İlkin məlumata görə, o, Şimal Ekspedisiyasının Təcili Xilasetmə Bölməsində işləyir. O, sağdır, lakin vəziyyəti ağırdır", - deyə qurumun rəsmisi deyib.
Xatırladaq ki, 1981-ci il təvəllüdlü şəxs martın 30-da Murmansk şəhərinin mərkəzində Kolski küçəsində yerləşən binanın üstündən Patrul və Mühafizə Xidmətinin bölməsinə atəş açıb.
Hücum nəticəsində ölən və yaralanan olmayıb. Polisin keçirdiyi əməliyyat zamanı hücum edən şəxs ağır yaralanıb. Ərazidən iki odlu silah aşkar edilərək götürülüb.
Hüquq-mühafizə orqanının əməkdaşını öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 31 Mart 2025 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















