Icma.az
close
up
RU
“İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir“

“İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Son günlər jurnalist Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə ciddi rezonans doğurub.  Bəs media bu kimi həssas mövzularda hansı məsuliyyətli yanaşmanı ortaya qoymalıdır?

Moderator.az-a danışan Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə bağlı mövzu son günlər sosial şəbəkələrdə fərqli mövqelərdən müzakirə olunur. Onun sözlərinə görə, buna müzakirə yox, hiddət və qəzəb yağışı demək daha uyğundur:

“Hər bir halda, ortada təəssüf doğuran mənzərə var. Mətbuat Şurası olaraq bu durum davamlı diqqətimizdədir. Bununla bağlı profilaktik söhbətlər aparmışıq. Sırf "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları" prizmasından izah etmişik ki, insanları dininə, dilinə, irqinə, yaşadığı yerə görə hansısa formada fərqləndirmək yolverilməzdir. Onu da bildirmişik ki, media nümayəndəsi, informasiya yayıcılığı ilə məşğul şəxs təqdimatlarında həssas olmalı, cəmiyyətdə bölücülük yarada biləcək fikir və ifadələrin işlədilməsindən çəkinməlidir. Sevindirici haldır ki, media subyektlərimiz əksərən belə məsələlərdə xeyli ehtiyatlıdırlar, deməli, həm də peşəkar davranırlar”.

Rəşad Məcid qeyd edib ki,  insanlarımız arasında bölücülük yaratmaq mahiyyəti daşıyan təqdimatlar bir çox hallarda bu işlə məqsədli şəkildə məşğul olan qüvvələrə "mövzu" qazandırır:

“Son günlər bəzi sosial şəbəkə, xüsusən, Tik-Tok paylaşımlarına diqqət yetirəndə bu meyili də görürük. Sanki kimlərsə pusquda dayanıb kiminsə nəsə deməsini gözləyirlər ki, qığılcımı böyük alova çevirsinlər. Belələri əllərinə düşən hər fürsətdə 44 günlük müharibədəki Zəfərimizi, doğma el-obamıza sahiblənmək əzmimizi heçə saymağa çalışır, böyük və qüdrətli xalqı "kiçik toplum, xırda qövm" kimi təqdim etmək mərəzlərini işə salırlar.

Bütün bunlara görə media təmsilçilərindən, müstəqil jurnalistlərdən, ümumən cəmiyyətə informasiya verən, özünü informasiya yayıcılığına mükəlləf sayan şəxslərdən dilə gətirdikləri hər sözə və fikrə məsuliyyətlə yanaşmalarını xahiş edirəm. Onlar unutmamalıdırlar ki, daşıdıqları və dərk etməli olduqları məsuliyyət ölkəmizin firavanlığı, cəmiyyətimizdə dinc və birgə yaşam qaydalarının toxunulmazlığı, ictimai və sosial düzənin sabitliyi, böyük anlamda isə Vətənimizin inkişafı baxımından son dərəcə vacibdir.

Bir məqamı da qeyd edim ki, ümumən informasiya mühitimizdə son günlər müşahidə olunan və haqqında söz açdığımız xoşagəlməz halların ictimai müstəvidən kənar dəyərləndirilməli tərəfləri də var. Yəni kimsə özünün kütləyə ünvanlanmış çıxışında, yaxud geniş ictimaiyyətə xitab mahiyyəti daşıyan açıqlamasında insanlarımız arasında bölücülük, nifaq yaradırsa, məsələ, eyni zamanda, hüquqi aspektdən qiymətləndirilmək üçün də açıqdır. Çox istərdim ki, bu amil ciddi şəkildə nəzərə alınsın”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri