Icma.az
close
up
RU
İnsanların seçimi dəyişib: 30 manatlıq gəzinti

İnsanların seçimi dəyişib: 30 manatlıq gəzinti

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yay fəslinin gəlişi və havaların isinməsi ilə insanlar həm xarici ölkələrə, həm də Azərbaycanın füsunkar bölgələrinə üz tutmağa başlayıblar. 

Xarici səfərlər üçün turizm şirkətlərinin təqdim etdiyi travel turlar geniş maraq görür. Bəs ölkə daxilində vəziyyət necədir? 

Rayonlara və şəhərdaxili istirahət turlarına maraq hansı səviyyədədir, qiymətlər necədir? Bu il əsasən hansı istiqamətlər daha çox tələbat görür? Bakı daxilində hansı istiqamətlərə turlar təşkil olunur? 

Şəhərdaxili turların maraq dairəsi necədir?

İnsanlar daha çox hansı büdcə aralığında turlara üstünlük verirlər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tur bələdçisi Məhəmməd Əliyev bildirib ki, hazırda Azərbaycana maraq sürətlə artır və bu da ölkəmizin uğurlu xarici siyasətinin bəhrəsidir. 

Tur bələdçis, ilk dəfə səyahətə çıxanlara, xüsusilə xarici turistlərə Azərbaycanın qədim tarixi abidələrini ziyarət etməyi tövsiyə edir: 

“Cənab Prezident İlham Əliyevin xarici siyasətdəki uğurları bu gün Azərbaycana xarici qonaqların cəlb olunmasında əsas amildir. Hazırda ölkəmizdə ən çox maraq dağlıq və meşəlik bölgələrədir. Göygöl, Qəbələ, Şəki, Qax, Zaqatala, Quba, Qusar, Şahdağ, eləcə də cənub bölgəsində Lənkəran və Astara kimi istiqamətlər daha çox diqqət çəkir. 

Bu bölgələrə həm daxili, həm də xarici qonaqların marağı kifayət qədər yüksəkdir. İlk dəfə səyahətə çıxmaq istəyənlərə, xüsusilə xarici qonaqlara ilk növbədə Azərbaycanın qədim tarixi abidələrini görməyi tövsiyə edərdim. 

Çünki Azərbaycan çox qədim tarixə malikdir. Misal üçün, Atəşgah, Qobustan qayaüstü rəsmləri kimi abidələr tarixi dəyərlər baxımından xüsusi əhəmiyyətə malikdir. Hazırda şəhərdaxili turlara mən dini yerləri, ziyarətgahları misal çəkməzdim. Şəhərdaxili turlara gəldikdə isə əsas diqqət tarixi abidələrə və şəhərin görməli yerlərinə yönəlir. 

Bura Qobustan, Atəşgah, Yanardağ, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, həmçinin yeni tikilmiş, lakin qədim mədəniyyəti əks etdirən Xalça Muzeyi daxildir. Ziyarətgah turları isə ayrı kateqoriyaya aiddir”. 

Məhəmməd Əliyevin sözlərinə görə, şəhərdaxili turlar heç də zəif deyil və inkişaf edir: 

“Hazırda Bakının özündə neçə-neçə tur şirkəti fəaliyyət göstərir. Təkcə İçərişəhərin özündə neçə tur şirkəti var və şəhərdaxili turları yüksək səviyyədə təşkil edirlər. Bu turların əsas məqsədi Bakının qədimliyini göstərmək və xarici qonaqlara ölkəmizi tanıtmaqdır. 

İxtisaslı tur bələdçilərimiz və peşəkar tur agentliklərimiz bu işin öhdəsindən uğurla gəlirlər. Tur qiymətlərinə birinci növbədə qonaqların yerləşdirilməsi (otel), nəqliyyat xidməti və əlavə olaraq qidalanma daxildir. Qidalanma fərdi seçimə buraxılır, çünki hər kəsin zövqü fərqlidir. Otel və nəqliyyat seçimində isə komfort əsas prioritet olur. 

Yay aylarında əsas diqqət daha sərin dağ və dağətəyi bölgələrə yönəlir. Qış aylarında isə Qəbələ və Şahdağ qış turizm mərkəzlərinə maraq daha çox olur”.

O bildirib ki, xarici qonaqların ən çox şikayət etdiyi məsələ insanların əksəriyyətinin ingilis dilində bilməməsidir: 

“Xarici qonaqların əsas diqqət çəkən şikayəti ingilis dilinə yiyələnməməkdir. Ötən illə müqayisədə bu il həm yerli, həm də xarici qonaqlar turlara daha çox maraq göstərirlər. Bunun səbəbi ailə büdcəsinə qənaət etmək istəyidir. 

Məsələn, beş nəfərlik bir ailə hansısa bölgəyə fərdi şəkildə səfər edəndə minimum 300 manat xərc tələb olunursa, tur şirkətləri bu səfərləri 100-150 manat civarında təşkil edə bilirlər. Bu da həm daxili, həm də xarici turistlər üçün daha sərfəli seçimə çevrilir. 

İnsanların seçimləri fərqlidir. Bəziləri yaxın istiqamətləri, məsələn, Şamaxı, Quba, Qusar, Şahdağ və s. seçir, bəziləri isə məsafəyə baxmadan, əsas gözəl təbiətə malik yerlərə gedirlər. Göygöldə əsasən yerli turistlərin sayı çox olur, xarici qonaqlar isə əsasən yaxın marşrutları seçirlər. Bu gün insanların əksəriyyəti daha kiçik büdcəli turları seçir.

Məsələn, bir nəfərlik minimal qiymət 30 manatdan başlayan turlar üstünlük təşkil edir. Bu qiymətə əsasən 40-50 nəfərlik avtobuslarla təşkil olunan qrup turları daxildir. 

Həm yerli, həm də xarici turistlər, xüsusilə Hindistan, Pakistan, Çin kimi ölkələrdən gələnlər bu tip turlara daha çox maraq göstərirlər. İlk dəfə səyahətə çıxmaq istəyənlərə isə tövsiyəm budur ki, əvvəlcə Bakını gəzin, şəhərin gözəlliyini, tarixi abidələrini kəşf edin. Daha sonra isə Azərbaycanın bütün bölgələrinə səyahət edin”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

 

Açar sözlər: gəzinti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see595

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see527

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see377

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see369

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see360

Dövlət bağçası, yoxsa özəl?

24 İyul 2026 09:16see334

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see314

İngiltərədən İrana savaş mesajı verildi: “Hazırıq!” KONKRET

24 İyul 2026 09:21see301

Yuxuda kosmosa uçmağın mənası nədir?

24 İyul 2026 09:24see255

Azərbaycana turist axını zəifləyir: İqtisadçı acı reallığı açıqladı

23 İyul 2026 18:49see253

Azərbaycan bitkiçilik məhsullarının ixracını genişləndirir

23 İyul 2026 18:08see247

Neft 100 dollar oldu: Maaş və pensiya artacaq?

23 İyul 2026 17:27see246

2 ci kurs tələbəsi vəfat etdi

24 İyul 2026 09:18see245

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see243

Azərbaycanın smartfon aldığı ölkələr Lider KİMDİR?

23 İyul 2026 19:12see236

Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı KONKRET

24 İyul 2026 09:18see233

Dollar sabit qaldı, avro ucuzlaşdı Rəsmi

24 İyul 2026 09:24see223

Azərbaycanda “Panorama by ELIE SAAB” brendi ilə ilk yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib

23 İyul 2026 16:49see202

Zəka, iradə və qələbənin simvolu!

24 İyul 2026 09:16see201

Call of Duty oyununun mərhum yaradıcısına məxsus nadir Pagani hərraca çıxarılır

23 İyul 2026 16:22see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri