Icma.az
close
up
RU
İnsanlığı xilas edəcək SİRR açıldı: 500 il əvvəl Da Vinçi çəkmişdi

İnsanlığı xilas edəcək SİRR açıldı: 500 il əvvəl Da Vinçi çəkmişdi

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Leonardo da Vinçinin 500 il əvvəl bir qeyd dəftərinə çəkdiyi mürəkkəb cizgilərin bu gün müasir tibb dünyasında böyük bir kəşfin qapısını açacağını kim bilə bilərdi? İntibah dövrünün dahisi, təkcə sənəti ilə deyil, insan anatomiyasına olan marağı ilə də dövrünün çox irəlisində idi. 

Lent.az xarici mediaya istinadla milyonlarla insanın ürək sağlamlığını yaxından maraqlandıran möcüzənin hekayəsini təqdim edir.

Da Vinçinin 500 il əvvəl fərq etdiyi, lakin o dövrdə tam mənalandıra bilmədiyi bir detal, günümüzün genetik və süni intellekt texnologiyaları ilə nəhayət həll olundu. Ürəyin daxilində fraktal quruluşlar, bu gün ürək mərkəzli müalicələrdə yeni bir dövrün qapılarını açıb. Bəs, fraktal quruluş nədir və Da Vinçi bunu necə kəşf etdi?

Leonardo da Vinçi, insan ürəyi üzərində apardığı araşdırmalarda, ürəyin daxili səthini örtən krujeva bənzəri, mürəkkəb bir əzələ toxuması fərq etmişdi. Bu gün tibb dünyasında "trabekul" adlandırılan bu strukturlar, o dövrdə da Vinçinin də diqqətini çəkmişdi. Məşhur dahi, bu liflərin ürəkdən keçən qanı isti saxlamağa yarayan bir sistem olduğunu düşünmüşdü.

Da Vinçinin "isinmə" nəzəriyyəsi müasir tibbdə təsdiqlənməsə də, bu strukturların həyati əhəmiyyət kəsb etməsi barədəki intuisiyaları tam 500 il sonra elmi olaraq sübuta yetirildi.

Alimlər bu sirri həll etmək üçün 18 mindən çox insanın ürək MRT (Maqnit Rezonans Tomoqrafiyası) görüntülərini süni intellekt dəstəyi ilə araşdırdılar. Araşdırmanın ən füsunkar nöqtəsi isə təbiətdə qar dənəciklərində və ya ağac budaqlarında gördüyümüz fraktal nəzəriyyəsinin (öz-özünü təkrar edən mürəkkəb naxışlar) qəlbimizdə də mövcud olduğunun anlaşılması idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Aprel 2026 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri