Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

​İnsanlıqdan kənar nifrət siyasəti: Hindistanda 13 müsəlman öldürüldü

​İnsanlıqdan kənar nifrət siyasəti: Hindistanda 13 müsəlman öldürüldü

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

"South Asia Justice Campaign" təşkilatı tərəfindən həyata keçirilən "India Persecution Tracker" layihəsi çərçivəsində dərc olunan yeni məlumatlara görə, 2026-cı ilin ilk dörd ayı ərzində Hindistanda dini nifrət zəminində törədilən cinayətlər nəticəsində azı 13 müsəlman, o cümlədən qadınlar, uşaqlar və yaşlılar qətlə yetirilib. 

Bu barədə "AzPolitika" Amerikanın "Muslim Network TV" telekanalına istinadən xəbər verir. 

Hesabatda Baş nazir Narendra Modinin hakim "Bharatiya Janata Partiyası"nın (BJP) iqtidarda olduğu bir neçə Hindistan ştatında anti-müsəlman zorakılığının, nifrət nitqinin, polis özbaşınalığının və islami dini ayinlərin kriminallaşdırılmasının kəskin artdığı qeyd olunur. İzləmə sisteminin məlumatına görə, qurbanlar arasında iki qadın, 15 yaşlı bir yeniyetmə və 65 yaşlı bir kişi var. Daha bir ölüm halı isə linç qurbanının həyat yoldaşının intiharı ilə bağlı olub. Ən çox ölüm halı Bihar ştatında qeydə alınıb, ondan sonra isə millətçi lider Yoqi Adityanatın idarə etdiyi Carkhand və Uttar-Pradeş ştatları gəlir.


Həmin dövr ərzində təşkilat həmçinin dövlət strukturları tərəfindən törədilən azı dörd qətli qeydə alıb. Onların arasında Uttar-Pradeş ştatında, Adityanatın onların təqibi ilə bağlı iş üzrə "sərt tədbirlər" görülməsi barədə xalqa verdiyi göstərişdən bir neçə gün sonra, 48 saat fasilə ilə polislə ayrı-ayrı "toqquşmalarda" öldürülən iki müsəlman qardaş da var. Hindistanın idarəçiliyi altında olan Cammu və Kəşmirdə bir müsəlman kişi hakimiyyətin "toqquşma" adlandırdığı hadisə zamanı Hindistan hərbçiləri tərəfindən öldürülüb. Dehlidə isə daha bir müsəlman işgəncələrdən sonra polis məntəqəsində dünyasını dəyişib. Hesabatda deyilir ki, Hindistan hakimiyyəti müsəlman inancının adi təzahürlərini, xüsusən də müsəlmanlar üçün müqəddəs olan Ramazan ayı ərzində getdikcə daha çox kriminallaşdırır. Bu dövr ərzində 40-dan çox müsəlman dini ayinləri yerinə yetirdiklərinə və inanclarını açıq şəkildə nümayiş etdirdiklərinə görə həbs edilib. O cümlədən, Uttar-Pradeş ştatında 12 kişi boş evdə cümə namazı qıldıqdan və bu yığıncağın videosu şəbəkədə yayıldıqdan sonra saxlanılıb. Başqa bir halda isə Ramazan ayında 14 gənc müsəlman Qanq çayında qayıqda iftar etdikdən sonra həbs edilib. Bu, BJP partiyasından olan bir siyasətçinin onları toyuq biryanisi yeməkdə və qalıqları çaya atmaqda ittiham edərək şikayət etməsindən sonra baş verib.

Hesabatda həmçinin anti-müsəlman ritorikası ilə seçkilər ərəfəsində həyata keçirilən daha genişmiqyaslı siyasi kampaniyalar arasında əlaqə izlənilir. İddia olunur ki, müsəlmanların daha çox zərər çəkdiyi ziddiyyətli seçici yoxlanışı proseduru çərçivəsində 13 ştatda 56 milyondan çox seçici siyahılardan çıxarılıb. İzləmə sisteminin məlumatına görə, Qərbi Benqaliyada müsəlmanlar siyahıdan silinmiş seçicilərin ümumi sayının 34%-ni təşkil edib, bəzi dairələrdə isə bu göstərici 95%-ə çatıb. Hesabatda Modinin partiyasının yüksək rütbəli liderləri tərəfindən anti-müsəlman ritorikasından dəfələrlə istifadə olunması da sənədləşdirilib. Bildirilir ki, yanvar-fevral ayları ərzində Modinin özü çıxışlarında dəfələrlə "infiltratorlar" mənasını verən "qhuspaytiya" terminindən istifadə edib. Hindistanın daxili işlər naziri Amit Şah da seçici siyahılarının təmizlənməsini fiziki qırğın təhdidləri ilə əlaqələndirən çıxışlar edib. Hesabatda Assam ştatının baş naziri Himanta Bisva Sarmanın seçici siyahılarına yenidən baxılması prosesinin "yalnız benqal dilində danışan müsəlmanlara qarşı yönəldiyini" və onlara "problem yaratmaq" məqsədi daşıdığını açıq şəkildə bəyan etdiyi çıxışlarına xüsusi diqqət yetirilir. Orada həmçinin süni intellekt tərəfindən yaradılmış bir video da xatırlanır ki, həmin videoda Sarma müsəlmanlara yaxın məsafədən atəş açır, ekranda isə "Assam əcnəbilərsiz" kimi şüarlar görünür. Bundan əlavə, Bellingcat nəşri müəyyən edib ki, Assam və Qərbi Benqaliyada təhlil edilən BJP-nin sosial media paylaşımlarının demək olar ki, hər beşindən ikisi BMT-nin nifrət nitqi tərifinə uyğun gəlir. Benqal mənşəli müsəlmanları tez-tez "zərərvericilər" adlandırırlar.

"India Persecution Tracker" təşkilatının məlumatına görə, zərər çəkmiş bir çox müsəlman ədalətə nail olmaq istəyərkən institusional maneələrlə qarşılaşıb. Onlar iddia ediblər ki, polis tez-tez şikayətləri lazımi qaydada qeydə almayıb və ya zərərçəkənlərin özlərinə qarşı iş qaldırıb. Fevral ayında BMT-nin işgəncələr və məhkəmədənkənar edamlar üzrə xüsusi məruzəçiləri Hindistanda polisin fəaliyyətindəki "sistemli" çatışmazlıqlar barədə xəbərdarlıq ediblər və müsəlmanların, dalitlərin və aborigen adivasi xalqlarının qeyri-mütənasib dərəcədə əziyyət çəkdiyi həddindən artıq və çox vaxt ölümcül güc tətbiqindən narahatlıqlarını ifadə ediblər.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see267

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see265

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see247

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see244

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see240

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see227

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see224

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see220

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see219

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see216

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see212

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see210

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see206

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see206

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see204

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see190

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see185

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see185

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see179

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri