Icma.az
close
up
RU
İnsident həmişə piyada məsuliyyətsizliyi və sürücü diqqətsizliyindən baş verir ŞƏRH EDİLDİ

İnsident həmişə piyada məsuliyyətsizliyi və sürücü diqqətsizliyindən baş verir ŞƏRH EDİLDİ

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Piyadaların iştirakı ilə baş verən qəzalarda həmişə sürücü günahkar deyil". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.

O bildirib ki, piyadalar üçün nəzərdə tutulmuş yerdən keçməyəndə sürücü də həmin piyadaya diqqət etmədikdə qəza baş verir: "Ümumiyyətlə, piyadalarla sürücülərin insidenti həmişə piyada məsuliyyətsizliyindən və sürücü diqqətsizliyindən baş verir. Əsasən bu iki halda yaranır. Piyada müəyyən olunmuş yerdən keçmir, müəyyən olunmuş yerdən keçərkən də düzgün keçmir. Ya da çox yavaş və qaçaraq keçir. Bunlar hamısı insident yaradan məsələlərdir.

Amma əgər göz görəcək məsafədə piyada keçidi yoxdursa, o yolu piyada diqqətlə keçməlidir. Qanunvericilikdə bunu göstərir. Piyada yolu bu zaman ehtiyatla keçməlidir.

Sürücü də piyadanı görübsə, piyada keçidi yoxdur deyə, üstünə sürməli deyil. Yəni burada incə məqamlar var. Bunların hamısını nəzərə almaq lazımdır ki, insident, qəza baş verməsin. İnsan həyatıdır, istər sürücü, istər piyada üçün çətindir. Sürücü məsuliyyət daşıyır, piyada həlak olur, xəsarət alır. Bunlar hamısı xoşagəlməz hallardır. Buna görə də, maarifləndirici hallar üstünlük təşkil edir. Sürücülər səbirli olmağı, qaydalara ciddi şəkildə əməl etməyi, eyni zamanda da piyadalar da qanunun tələb etdiyi şəkildə, yol hərəkəti qaydalarına əməl etməyi bacarmalıdır. Piyadadır deyə yol hərəkəti qaydalarını bilməməlidir deyə, bir şey yoxdur. Bilməlidir ki, yolu haradan və necə keçə bilər. Bunlar hamısı vacib şərtlərdəndir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 May 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri