Instagram bir ayda Azərbaycandakı bazar payının yarıdan çoxunu itirib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu ilin sentyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "Facebook"un payı 32,7 % (ötən ay 30,76 %, 1 il əvvəl 25,13 % olub) təşkil edib.
Bakıvaxtı.az-ın "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 1,94 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 7,53 faiz bəndi çoxdur.
İkinci pillədə qərarlaşan "X"in bazar payı ay ərzində 16,05 faiz bəndi, illik isə 16,65 faiz bəndi artaraq 23,25 % (7,2 % və 6,6 %) təşkil edib.
Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 22,39 faiz bəndi, il ərzində isə 8,91 faiz bəndi azalaraq 20,31 % (42,7 % və 29,22 %) olub. Beləliklə onun bazar payı ay ərzində 52,4 % azalıb.
Dördüncü pillədəki "YouTube"un bazar payı aylıq 3,06 faiz bəndi, illik müqayisədə isə 0,60 faiz bəndi artaraq 13,33 % (10,27 % və 12,73 %) təşkil edib.
İlk beşliyi 7,09 %-lik (6,15 % və 20,16 %) bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 0,94 faiz bəndi artıb, illik müqayisədə isə 13,07 faiz bəndi azalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 01 Oktyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















