Icma.az
close
up
RU
Instagram dan azyaşlılar üçün ciddi məhdudiyyətlər: Süni intellekt nəzarət edəcək.

Instagram dan azyaşlılar üçün ciddi məhdudiyyətlər: Süni intellekt nəzarət edəcək.

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Instagram” süni intellekt vasitəsilə 18 yaşadək istifadəçilərin görə biləcəyi məzmunu müəyyən edəcək. gənclər üçün uyğun hesab edilməyən paylaşımlar onlardan gizlədiləcək.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yeni qaydalara əsasən, süni intellekt alqoritmləri hər bir paylaşımı avtomatik şəkildə təhlil edərək onun PG-13 standartına uyğun olub-olmadığını müəyyən edəcək. Əgər uyğun deyilsə, həmin paylaşım yeniyetmələr üçün görünməyəcək. Qadağan olunmuş məzmuna söyüşlər, təhlükəli hərəkətlər, seksual xarakterli eyhamlar və narkotik vasitələrin, xüsusilə marixuananın təsvirləri daxil olacaq.

“Instagram” şirkəti bildirib ki, bu qərar gəncləri potensial zərərli kontentdən qorumaq məqsədi daşıyır: “Biz standartlarımızı valideynlərə tanış olan PG-13 film reytinqlərinə yaxınlaşdırmağa çalışırıq. Bəzən yeniyetmələr belə məzmunla qarşılaşa bilərlər, lakin biz bunun nadir hallarda baş verməsi üçün bütün tədbirləri görürük”, – şirkətin açıqlamasında qeyd olunub.

Yeni məhdudiyyətlər avtomatik olaraq bütün 18 yaşadək hesablar üçün tətbiq ediləcək. Yeniyetmələr bu parametrləri valideyn icazəsi olmadan dəyişə bilməyəcəklər. Ailələr üçün əlavə olaraq “Limited Content” adlı daha sərt rejim təqdim ediləcək ki, bu da riskli materiallara çıxışı daha da azaldacaq.

Bundan başqa, Instagram yeniyetmələrin “18+” məzmun paylaşan və ya OnlyFans kimi saytlara keçid verən hesabları izləməsini də qadağan edəcək. Əgər yeniyetmə artıq belə hesabı izləyirsə, onun paylaşımları avtomatik şəkildə görünməz olacaq.

"Instagram"ın ana şirkəti Meta son illərdə gənclərin təhlükəsizliyini kifayət qədər təmin etmədiyi üçün bir sıra ittiham və məhkəmə işləri ilə üzləşib. Cavab olaraq, şirkət daha sərt tədbirlər görür: 16 yaşdan kiçiklər üçün canlı yayımları qadağan edib və yeniyetmələr üçün xüsusi məhdudlaşdırılmış hesab rejimi tətbiq edib.

Yeni qaydalar yaxın zamanda “Instagram”ın fəaliyyət göstərdiyi bütün ölkələrdə mərhələli şəkildə qüvvəyə minəcək. Şirkətin əsas məqsədi  yeniyetmələr üçün sosial şəbəkədə daha təhlükəsiz və nəzarətli mühit yaratmaq, onların psixoloji sağlamlığını qorumaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Oktyabr 2025 18:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri