“Instagramda blogerləri sevindirəcək yenilik İşləri asanlaşdı
Metbuat saytına istinadən Icma.az xəbər verir.
İnstaqram yeni funksiyanı istifadəyə verib.
Metbuat.az xəbər verir ki, tətbiq məzmun yaradıcılarına süni intellektlə dəstəklənən video redaktə vasitələri ilə innovativ xüsusiyyətlər təqdim edib. Meta tərəfindən hazırlanmış Movie Gen AI modeli sayəsində yaradıcılar mətn əmrləri ilə paltarları və fonları dəyişə, videolarına xüsusi effektlər əlavə edə biləcəklər. “Instagram”ın baş direktoru Adam Mosseri platformanın yeni xüsusiyyətlərini təqdim etdiyi videoda süni intellektin yaradıcı proseslərdə əhəmiyyətinə diqqət çəkib. Mosseri, istifadəçilərin sadəcə bir neçə söz yazmaqla öz videolarını tamamilə fərdiləşdirə biləcəklərini bildirib. Məsələn, bir səhnədə qarlı mənzərə yaratmaq və ya başqa səhnədə özünüzü cizgi personajına çevirmək mümkün olacaq. Məlumata görə, 2023-cü ildə Meta tərəfindən təqdim edilən Movie Gen AI modeli “Instagram”ın yeni innovativ alətlərinin əsasını təşkil edir.
Bu güclü süni intellekt aləti əvvəlcə məhdud sayda istifadəçilərə təqdim edilsə də, indi daha əlçatan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Yanvar 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















