Icma.az
close
up
RU
“İnstagram”da xanımların başına oyun açdı

“İnstagram”da xanımların başına oyun açdı

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Bakıda iki sevgili olduqca ilginc cinayət əməlinə əl atıblar. Onlar sosial şəbəkələrdə vətəndaşları fərqli üsulla aldadıb, sonradan şantaj edərək pullarını ələ keçiriblər.

Neüs24şaz Musavat.com-a istinadla xəbər verir ki, Mirhüseyn Məcidov və Səyalı Nəsibli “İnstagram” sosial şəbəkəsində “günel_agayefha” adlı səhifə açıblar. Həmin səhifədə «WhatsApp» mobil tətbiqində olan nömrələrin gizli izlənməsi barədə elan yerləşdiriblər.

Onlara müraciət edən şəxslərdən izləmək istədikləri mobil nömrəni alıblar. Ödəniş kimi də 50 manat istəyiblər. Başqasının «WhatsApp» nömrəsini izləmək istəyən şəxslər 50 manat ödəniş etdikdən sonra aldadılıb. Razılığa əsasən ödənişdən sonra həmin şəxslərə xüsusi proqram göndərilməli, onlar da istədikləri nömrəni izləməli imişlər.

Səhifəyə 50 manat ödəniş edən şəxslər istəklərinə çatmadıqları üçün pullarını geri tələb ediblər. Bu zaman isə şantajla üzləşiblər. Belə ki, Səyalı və Mirhüseyn başqasının nömrəsini izləmək istəyən şəxslərdən əlavə 150-300 manat aralığında pullar tələb etməyə başlayıblar. Əks halda izləmək istədikləri şəxslərə bu barədə məlumat verəcəklərini deyiblər. Başqasının nömrəsini izləmək istəyən şəxslər əvvəlcə 50 manatlarından, sonra da 150-300 manatlarından olublar.

Səyalı və Mirhüseyn barəsində polisə şikayətlər daxil olmağa başlayıb. Onlar saxlanılan zaman mobil telefonlarına baxış keçirilib. Bu zaman sübutlar aşkar edilərək götürülüb. Sevgililər öz aralarındakı yazışmalarda kimlərdən nə qədər pul aldıqlarını, hansı şəkildə zərərçəmişlərə hədə-qorxu gəldiklərini danışıblar.

Onlar şəxsi yazışmalarında bir-birlərinə “aşkım” deyə müraciət edərək ayrı-ayrı şəxslərdən əldə etdikləri vəsaitləri yığdıqları kart hesabının ekran görüntülərini paylaşıb gündəlik qazanclarını da hesablayıblar.

Mirhüseyn pul tələb etdiyi bir xanıma atdığı səs yazısında deyir: “Bax, uzatmağı sevmirəm. Ya bu kartda 250 manat atırsan, ya da bütün mesajları atacam qarşı tərəfə. Uzatma”.

Səyalı isə aldatdıqları şəxslər barəsində “lox” ifadəsini tez-tez işlədərək aldığı pulların hesabatını Mirhüseynə verib.

Başqa yazışmalarda Səyalının Mirhüseynə “aşkım, siftə elədim”, “aşkım, inşallah yaxşı qazanacağıq” deyə mesajlar yazdığı aşkar edilib. Mirhüseynin isə Səyalıya “yaxşı olacaq”, “yaxşı qazanacağıq, aşkım” deyərək təsəlli veridiyi, onu həvəsləndirdiyi müəyyən edilib.

Təqsirləndirilən şəxslər əməllərindən peşman olduqlarını deyiblər.

İş üzrə dindirilən zərərşəkmişlər zərər ödənildiyi üçün şikayətçi olmayıblar. İşdə diqqət çəkən başqa bir məqam isə zərərçəkmiş kimi tanınan şəxslərin əksəriyyətinin xanım olmasıdır. Onların izləmək istədiyi nömrələrin sahibi də xanımlar olub.

Məhkəmənin hökmü ilə Mirhüseyn 5 il müüdətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb.

Səyalının isə himayəsində azyaşlı uşaqları olduğu üçün onların yaşı 14-ə çatanadək təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri