“Instagram”la bağlı ŞOK İDDİA: yeniyetmələrə təhlükəli qruplar formalaşdırmağı təbliğ edir
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Araşdırmaçılar iddia edirlər ki, “Meta”nın ana şirkəti sosial şəbəkə saytından açıq-saçıq şəkilləri silmir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Digitalt Ansvar, “Instagram”ın yeniyetmələr arasında özünə zərər verən məzmunun yayılmasına töhfə verdiyini müəyyən edən bir araşdırma apardı.
Təfərrüatlar
Araşdırmada Danimarkadan olan araşdırmaçılar “Instagram” sosial şəbəkəsində saxta səhifələr şəbəkəsi yaradaraq təcrübə aparıblar. Onlar özlərini 13 yaşlı uşaqlar kimi göstəriblər.
Araşdırmaçılar özünə zərər vermə ilə bağlı 85 material (qan şəkilləri, bıçaqlar, fəaliyyətə çağırış) dərc ediblər. Lakin sosial şəbəkə onları heç vaxt silməyib. Və “Instagram” alqoritmi hətta qrup üzvlərinə bir-biri ilə dost olmağı tövsiyə edib. Ona görə də araşdırmanın nəticələrinə əsasən belə qənaətə gəlinib ki, sosial şəbəkə əksinə, təhlükəli qrupların formalaşmasına töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 03 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















