İnstaqramda valideynlər üçün yeni funksiya
Icma.az, Axsham.az saytına istinadən bildirir.
İnstaqramda valideynlər üçün yeni bildiriş sistemi tətbiq olunacaq.
Axşam.az xəbər verir ki, yeniliyə əsasən, valideynlər övladlarının intihar və ya özünə zərər (self-harm) mövzusunda paylaşımlar axtardığı hallarda xəbərdarlıq alacaqlar.
Bildirişlə yanaşı, platforma psixoloqların tövsiyələrini əks etdirən və valideynlərin bu mövzunu yeniyetmələrlə necə düzgün müzakirə etməli olduğunu izah edən bələdçi də təqdim edəcək.
Funksiya mart ayının əvvəlindən etibarən valideyn nəzarəti aktiv olan hesablar üçün əlçatan olacaq. İlk mərhələdə yenilik ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadada istifadəyə veriləcək. Gələcəkdə isə funksiyanın coğrafiyasının genişləndirilməsi planlaşdırılır.
Baxış sayı:59
Bu xəbər 27 Fevral 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















