Icma.az
close
up
RU
İnstitutlar birləşdirilir: Elmi əməkdaşlıq, təhsil mübadilələri üçün yeni imkanlar açılacaq

İnstitutlar birləşdirilir: Elmi əməkdaşlıq, təhsil mübadilələri üçün yeni imkanlar açılacaq

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi institutların birləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Sərəncama əsasən, ETN-nin tabeliyində fəaliyyət göstərən bir sıra elmi institutlar birləşdirilərək publik hüquqi şəxslər kimi yenidən təşkil olunacaq. Bu dəyişikliklər 2025-ci ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək.

Mövzu ilə bağlı təhsil eksperti Vüsalə Ağabəyli Bakıvaxtı.az-la fikirlərini bölüşüb.

Onun sözlərinə görə, sərəncam Azərbaycan elminin və təhsil sisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu qərar yalnız elmi-tədqiqat mühitini yenidən təşkil etməklə kifayətlənmir, eyni zamanda təhsil sahəsində də bir sıra müsbət təsirlərə səbəb ola bilər:

"Elmi institutların birləşdirilməsi bir sıra istiqamətlərdə təhsilin səmərəliliyini artırmağa xidmət edə bilər. Elmi müəssisələrin birləşdirilməsi maddi-texniki baza və insan resurslarının daha səmərəli istifadə olunmasına şərait yarada bilər”.

Onun fikrincə, bu, təkrarlanan strukturların aradan qaldırılması və maliyyə vəsaitlərinin məqsədyönlü bölgüsü baxımından əhəmiyyətlidir. Təhsil müəssisələri bu resurslardan istifadə edərək tədris prosesinin keyfiyyətini artıra bilər.

Ekspert əlavə edib ki, elmi institutların ali təhsil müəssisələri ilə inteqrasiyası tələbələrin birbaşa elmi-tədqiqat mühitinə daxil olmalarına imkan yaradır:

"Bu da öz növbəsində, gənc kadrların elmi düşüncə tərzinin formalaşmasına, tədqiqat bacarıqlarının inkişafına və elmi yanaşmalarla təhsilin daha da zənginləşməsinə səbəb olur. Hətta fərqli elmi sahələri birləşdirən institutlar daha geniş və çoxşaxəli tədqiqat layihələrinin həyata keçirilməsinə imkan yarada bilir. Bu, xüsusilə texnologiya, sosial elmlər və humanitar sahələrdə innovativ biliklərin yaranmasına səbəb olur ki, bu da tədrisin məzmununa və fənlərarası əlaqəyə birbaşa təsir göstərir".

Vüsalə Ağabəyıi, təhsil eksperti

Müsahibimizə görə, genişlənmiş elmi mühitdə gənc alimlər və tələbələr üçün yeni tədqiqat imkanları yarana bilər ki, bu da elmi potensialın inkişafına, yeni nəslin elmə və təhsilə daha çox maraq göstərməsinə təkan verir. Beləliklə də, ölkədə elmi biliklərin davamlılığını və keyfiyyətli təhsil mühitinin formalaşmasını təmin edilə bilər.

Vüsalə Ağabəyli son olaraq qeyd edib ki, birləşdirilmiş və strukturlaşdırılmış elmi-tədqiqat institutlarının beynəlxalq səviyyədə daha cəlbedici tərəfdaşlara çevrilməsi mümkündür:

"Bu, həm elmi əməkdaşlıq, həm də təhsil mübadilələri üçün yeni imkanlar yaranmasına və Azərbaycanın elm və təhsil sisteminin qlobal səviyyədə daha sürətlə tanınmasına səbəb ola bilər".

Nuriyyə Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri