İnsultdan sonra beyni tez bir zamanda bərpa etməyin yolu tapılıb
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avstraliya və ABŞ-dən olan alimlər boyundakı limfa damarlarını stimullaşdıran qeyri-invaziv ultrasəs cihazı hazırlayıblar. Bu stimullaşdırma insultdan sonrakı ilk saatlarda beyindən artıq maye və zəhərli tullantıların çıxarılmasını sürətləndirir.
Moderator.az xəbər verir ki, tədqiqatın nəticələri Monaş Universitetinin saytında dərc edilib.
Alimlərin sözlərinə görə, cihaz işemik insult səbəbindən beyin qan dövranı pozulmuş xəstələrə kömək etmək üçün nəzərdə tutulub. Tədqiqatçılar yaranmış qan laxtasını parçalamaq əvəzinə, beynin təbii təmizləmə sistemini gücləndirməyi daha faydalı hesab edirlər.
Alimlər hazırda qabaqcıl neyrogörüntüləmə üsulundan istifadə edərək 140 könüllünün beyin strukturlarını öyrənir və eyni zamanda limfa damarlarının funksiyasını artıran cihazların ilk prototiplərini sınaqdan keçirirlər. Müəlliflər vurğulayırlar ki, bu strategiya təcili xəstəxanaya yerləşdirilmə tələb edən və qanaxma riski daşıyan mövcud metodlara alternativ ola bilər. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 04 Dekabr 2025 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















