“İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” FOTOLAR
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi icrasına başladığı “İntellektual cəmiyyət və hibrid müharibələrə qarşı ictimai mübarizə” layihəsi çərçivəsində təlimlər keçirilib. SİA xəbər verir ki, 2025-ci il 19 may - 13 iyun tarixlərində layihə çərçivəsində Bakı şəhəri, Nizami rayonunun gəncləri üçün informasiya təhlükəsizliyi, sosial media, hibrid müharibələr, ideoloji savaşlar və SMM bacarıqları, eləcə də sosial şəbəkələrin Facebook, İnstagram, Teleqram, X, Tiktok, Youtube kimi seqmentlərinin, bloggerliyin əsasları, fəaliyyət prinsipləri, UX - user experience və Uİ - dizayn konsepsiyasının, saytlardan istifadənin, admin panelin idarə olunmasının, məlumatların yerləşdirilməsinin, fotoşop və ona bağlı olan digər adobe proqramlarından istifadənin nəzəri və praktik tərəfləri, video dizayn, montaj və video-mouşen barədə biliklərin verilməsi istiqamətində 12 təlim keçirilib.
Təlimlər zamanı interaktiv söhbətlər, praktik məşğələlər, sahə üzrə tanınmış mütəxəssislərlə görüşlər keçirilib.
Layihənin sonunda gənclərin praktiki biliklərinin tətbiqi üçün sınaq imtahanın keçirilməsi və müvafiq mükafatlandırma tədbirinin təşkili nəzərdə tutulur.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 13 İyun 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















