Icma.az
close
up
RU
İntellektual qabiliyyətli bölmələrdən tərxis edilən gənclərlə görüş olub

İntellektual qabiliyyətli bölmələrdən tərxis edilən gənclərlə görüş olub

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına hərbi liseydə intellektual qabiliyyətli bölmələrin xidmət müddəti başa çatmış şəxsi heyətinin ehtiyata buraxılması münasibətilə təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin (MN) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.

MMU-nun rektoru general-mayor Gündüz Əbdülov MN-də hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiyaya əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı hərbi qulluqçuların gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra hərbi xidmətlərini MMU-nun tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirmələrinin ölkəmizdə Ali Baş Komandanın rəhbərliyi ilə hərbi təhsil sahəsində həyata keçirilən uğurlu islahatların nəticəsi olduğunu və hərbi qulluqçuların peşəkarlığının artırılmasına müsbət töhfələr verdiyini xüsusi qeyd edib. Rektor xidmət müddəti başa çatmış gənclərə gələcək həyatlarında uğurlar arzulayıb, dövlətimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışmaları ilə bağlı müvafiq tövsiyələrini verib.

Şəxsi heyət adından çıxış edən əsgər Şahin Bayramlı xidmət müddətində onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi üçün yaradılmış şəraitə və ordu həyatında qazandıqları müsbət keyfiyyətlərə görə MMU rəhbərliyinə və komandir heyətinə minnətdarlığını bildirib.

Tədbirin sonunda Cəmşid Naxçıvanski adına hərbi liseyin orkestr heyətinin ifasında vətənpərvər musiqilər səsləndirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri