Icma.az
close
up
RU
İntensiv yağışlar kənd rayonlarında fəsadlar yaradıb Deputat

İntensiv yağışlar kənd rayonlarında fəsadlar yaradıb Deputat

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İntensiv yağışlar əsasən kənd rayonlarında bir sıra fəsadlar yaradıb. Bununla əlaqədar olaraq Prezidentin xüsusi sərəncamı ilə 86 milyon manata qədər vəsait ayrılıb. Hesab edirəm ki, həmin vəsait problemlərin aradan qaldırılması və onların təkrarlanmaması üçün çox vacibdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar plenar iclasında deputat Əli Məsimli bildirdi.

O əlavə etdi ki, aprel ayında bu sərəncam verildikdən sonra may ayında yağan intensiv yağışlar fəsadların coğrafiyasını daha da genişləndirdi:

"Şəki-Zaqatala iqtisadi rayonunda, o cümlədən Şəki və Qax rayonlarında da müəyyən zərərlər meydana gəldi. Məsələn, Şəkinin Küngüt, Kiş və Baş Layısqı kəndlərinə ciddi ziyan dəyib. Baş Kiş kəndində iki körpü tamamilə dağılıb. Həmçinin Qaxın İlisu, Ağçay və Qabaqçöl kəndlərində təsərrüfatlara ciddi zərər dəyib. Taxıl və tərəvəz sahələrinin bir hissəsi yararsız vəziyyətə düşüb. Bu istiqamətdə Aqrar Sığorta Fondu tərəfindən bir sıra işlər görülüb və bunu müsbət qiymətləndirmək lazımdır. Lakin dəymiş ziyanın həcmi ilə aqrar sığortanın maliyyə imkanlarını müqayisə etdikdə, əlavə dəstəyin göstərilməsi də vacib görünür. Hesab edirəm ki, sığorta sistemi müxtəlif mexanizmlər vasitəsilə daha geniş tətbiq olunmalıdır ki, hər dəfə təbii fəlakət baş verəndə bütün yük dövlətin üzərinə düşməsin və sığorta mexanizmi tam gücü ilə işləyə bilsin. Bu səbəbdən aqrar sığortanın vəsaitləri ilə yanaşı, əlavə maliyyə resurslarının da məhz sığorta mexanizmi vasitəsilə ayrılmasını vacib hesab edirəm".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 İyun 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri