Icma.az
close
up
RU
“İnter” 3, “Latsio” 7 ildən sonra finalda oynayacaq

“İnter” 3, “Latsio” 7 ildən sonra finalda oynayacaq

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Aprelin 21-22-də keçirilən cavab oyunları ilə İtaliya kubokunun yarımfinalına yekun vuruldu. Mayın 13-nə təyin olunan finalda “İnter” və “Latsio” oynayacaq.

“Komo”nun bu mövsüm “İnter” ilə ilk görüşü uğursuz alınmışdı. A seriyasının 14-cü turunun ötən il dekabrın 6-da Milanda keçirilən oyununda ev sahibləri 4 cavabsız qolla qalib gəlmişdilər. Onda hesabı açan Lautaro Martines zədəli olduğundan İtaliya kubokunun martın 3-də Komoda baş tutan və qolsuz nəticələn ilk oyununda olduğu kimi, Milandakı cavab görüşündə də meydanda görünməyəcəkdi.
Yeni ildə xal ehtiyatını əhəmiyyətli dərəcədə artıran və hazırda A seriyasında 5-ci yeri tutan “Komo” inadla Çempionlar Liqasına can atır. Doğrudu, Fransesk Fabreqasın komandası aprelin 12-də keçirilən çempionat matçında evdə “İnter”ə 3:4 hesabıyla uduzmuşdu. 21-ci çempionluğuna çox yaxın olan milanlıların kuboku qazanmaq şansı həm də komolularla həlledici matçın məkanına görə yüksək dəyərləndirilirdi.
“Komo” ölkə kubokunda da uğur qazanmaqla bağlı iddiasını növbəti dəfə nümayiş etdirdi. Yarımfinal matçının ilk yarısında qonaqlar daha yaxşı təsir bağışladılar. Erkən qol vura bilməyən Baturina hissənin ortalarında hesabı açdı. Türamın bərabərlik qolunu vurmasına isə topu qapı xətti üzərində zərərsizləşdirən Perrone imkan vermədi. Fasilədən dərhal sonra qonaqlar Da Kunya ilə yerli publikanı ikinci dəfə susdurdular. Amma Kristian Kivunun komandası əsla həvəsdən düşmədi. Rumıniyalı mütəxəssis əvəzləmələrlə komandasının oyununa yaxşı mənada əl gəzdirməyi bacardı. Meydana 60-cı dəqiqədə çıxan Suçiç 9 dəqiqə sonra Çalhanoğluya qollardan birinin əvəzini çıxmaq fürsəti yaratdı. Bu qol komandalara fərqli psixoloji təsir gücünə malik oldu. Belə ki, təzyiqi getdikcə artıran milanlılar 86-cı dəqiqədə hesabı bərabərləşdirdilər. Yenə Suçiç - Çalhanoğlu tandemi sözünü dedi. Oyuna konsentrasiyanı tam itirən komolular bir neçə dəqiqə sonra məğlub duruma düşdülər. Bu dəfə Çalhanoğlu Suçiçə assistentlik etdi.
Qeyd edək ki, türkiyəli yarımmüdafiəçi 2021-ci ildən formasını geydiyi “İnter”də ilk dəfə bir oyunda 3 məhsuldar hərəkətlə yadda qaldı. İtaliya nəhəngi 2023-cü ildən sonra ilk, ümumilikdə isə 16-cı dəfə finala çıxdı.
Martın 4-də Romada keçirilən ilk matçda qalib gələn olmamışdı. İkinci hissədə 4 qolun vurulduğu “Latsio” – “Atalanta” duelində ev sahibləri iki dəfə önə keçmiş, berqamolular isə hər dəfə cavab qolunu vurmaqla 2:2 hesablı heç-heçə ilə finala adlamaq şansını az-çox artırmışdılar. Amma çempionatda fevralın 14-də paytaxtda “Latsio”nu iki cavabsız qolla məğlub edən “Atalanta” həlledici oyunda “doğma divarlar” amilindən yararlana bilmədi. Əsas vaxtın son dəqiqələrində vurulan qarşılıqlı qollar mübarizəni əlavə vaxta daşıdı. 30 dəqiqəlik müddətdə hər iki tərəfin səylərinə baxmayaraq, hesab dəyişmədi və qalib penalti seriyası ilə müəyyənləşdi.
Sözün düzü, bu seriyanı qapıçıların benefisi də adlandırmaq olar. On zərbədən 7-si qolla nəticələnmədi. Qalibi qonaqların qapısını qoruyan Mottanın fantastik göstəricisi müəyən etdi. 21 yaşlı əlcək sahibi yalnız Raspadorinin zərbəsinə mane ola bilmədi. Bir-birinin ardınca Skamakka, Zappakosta, Paşaliç və De Ketelarenin zərbələrini dəf edən Edoardo “Latsio”nun 2019-cu ildən sonra ilk dəfə finala çıxmasında böyük rol oynadı. Finalın həyəcanı bu komandanın ev oyunlarını keçirdiyi Romadakı “Olimpiko” stadionunda yaşanacaq.
yarımfinal, cavab oyunları
İnter - Komo 3:2 (ilk oyun - 0:0)

Çalhanoğlu, 69; 86. Suçiç, 89 - Baturina, 32. Da Kunya, 48.
İnter: X.Martines, Luis Enrike (Dyumfris, 84), Açerbi (Bissek, 74), Akanci, Auqusto, Dimarko (Suçiç, 60), Barella, Çalhanoğlu, Zyelinski (Diuf, 60), Bonni (F.Espozito, 74), M.Türam.
Komo: Butez, Van der Brempt (Smolçiç, 80), Ramon, Dieqo Karlos (Morata, 90), Kempf, Valye, Perrone, Da Kunya (Kakre, 70), Pas, Baturina (Rodriges, 80), Duvikas (Diao, 70).
Atalanta - Latsio 1:1, p. - 1:2 (2:2)
Paşaliç, 86 - Romanyoli, 84.
Atalanta: Karnesekki, Cimşiti, Skalvini (Ahanor, 94), Kolaşinats (Kossunu, 71), Ederson, De Roon (Paşaliç, 71), Zappakosta, Bernaskoni (Bellanova, 56), De Ketelare, Zalevski (Raspadori, 71), Krstoviç (Skamakka, 90).
Latsio: Motta, Tavareş, Romanyoli, Xila (Provstqor, 77), Maruşiç (Latsari, 67), Patrik (Kataldi, 84), Teylor, Başiç (Dele-Başiru, 77), Zakkanyi (Pedro, 103), Kançelyeri (İsaksen, 66), Noslin.
Oyundan sonra
Kristian Kivu, “İnter”in baş məşqçisi:

“Bu qələbə mövsümün əvvəlindən özünü komandaya xidmətə həsr edən və meydana çıxarkən bacarıqlarını ən yüksək səviyyədə göstərən futbolçularımızın sayəsində qazanıldı. Bu gün ehtiyat oyunçularımızın komandaya çox böyük xeyri dəydi. Onlardan bir neçəsi finala çıxmağımızda böyük rol oynadı. Komandamız sona qədər mübarizə aparmaq bacarığını bir daha göstərdi. “Komo”nun nəyə qadir olduğunu bilirdik. Son oyunlarda bu komandaya kifayət qədər qol vurmuşuq. Futbolçularımızın uğur qazanmaq istəyi yerə-göyə sığmır. “Komo”nu 10 gün ərzində iki dəfə məğlub etmək “İnter”in ağlagəlməz gücündən xəbər verir. Mövsümü iki titulla başa vurmaq istəyirik. Həm skudettonu, həm də İtaliya kubokunu qazanmaq gücündəyik”.


Fransesk Fabreqas, “Komo”nun baş məşqçisi:

“Buraxdığımız ilk qol meydandakı vəziyyəti qismən dəyişdi, hərçənd mən Diaonun yaxaladığı şansı da xatırlatmaq istəyirəm. Bu yola başlayanda harda olduğumuzu yaxşı xatırlayıram. Komandamız ölkə kubokunun finalına çıxmağa, iki oyunda “İnter” üzərində qələbəyə yaxın idi. Bunlar bizim üçün xoş faktlardı. Mən sakitəm. Futbolçularımızın əla oyun göstərəcəklərini bilirdim. Onlarla fəxr edirəm. Onların kim olduqlarını, futbola hardan başladıqlarını və indi harda olduqlarını bilirəm. Biz uzun müddətdi eyni heyətlə oynayan və skudettonu qazanan komandaya qarşı oynadıq. “İnter” ötən mövsüm Çempionlar Liqasının finalında oynayıb. Əlbəttə, nəticəyə görə məyusam. Amma inkişafımızı davam etdirməliyik. Mən futbolda çox qələbə qazanmış və çox da uduzmuşam. Matçlardan sonra ünsiyyət planında da çox şey öyrənirəm. Yarımfinal oyunlarında bizdə nələrsə çatışmadı. Lakin buraqədərki çıxışımızla fəxr edə bilərik. Bu mərhələdə nəticəni kiçik detallar müəyyən edir. Çempionatda 5 oyunumuz qalıb. Səhvə yol verməməliyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Aprel 2026 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see346

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see242

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see230

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see203

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see193

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see192

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see187

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see185

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see184

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see182

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see175

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see174

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see169

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see168

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see167

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see161

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see161

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see160

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see152

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri