“İnter“ “Barselona“nın futbolçusu Ronald Arauxonu heyətinə qatmaq istəyir
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın "Barselona" klubunun müdafiəçisi Ronald Arauxo karyerasını İtaliyada davam etdirə bilər.
Moderator.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "İnter" yay "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün uruqvaylı futbolçunun transfer variantını nəzərdən keçirir.
Məlumata əsasən, Milan təmsilçisi Ronald Arauxonu sıralarına cəlb etmək üçün hazırkı futbolçusu Alessandro Bastonini qarşı tərəfə təklif edə bilər.
Arauxo cari mövsüm "Barselona"nın heyətində La Liqada 23 oyuna çıxaraq 3 qol vurub. Müdafiəçi UEFA Çempionlar Liqasında isə 10 matçda forma geyinib.
Futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 19 May 2026 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















