İnter in kapitanı Barselona dan təklif aldığını etiraf etdi
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
Yay transfer pəncərəsi zamanı adı "Barselona" ilə hallanan "İnter"in kapitanı Lautaro Martines açıqlama verib.
Sportal.az xəbər verir ki, argentinalı hücumçu İspaniya çempionundan təklif aldığını etiraf edib:
"Barselona"? Belə təkliflər və zənglər həmişə xoşdur. Sonda sən, bir futbolçu kimi, həmişə zirvədə qalmaq üçün çalışırsan. Bu, doğrudur, şayiələr həqiqətə uyğun idi. Lakin gələcəyimlə bağlı çox aydın təsəvvürüm var. "İnter"də, komanda yoldaşlarım və bu gözəl azarkeşlərlə birlikdə qalmaq istəyirdim. Əbədi olaraq burada qalardım. Onlar məni görmək istədikləri müddətdə komandada qalacağam.
Mənim üçün "İnter"in oyunçusu olmaq qürurdur. Burada özümü xoşbəxt hiss edirəm və bu klubda oynamağa davam etmək istəyim var. Mənim yenə təkliflərim oldu, lakin yenə də burada qalmağa qərar verdim. "İnter"də böyük uğurlar qazanmaq istəyirəm".
Qeyd edək ki, "İnter" Lautaro Martinesi 2018-ci ilin yayında Argentinanın "Rasinq" klubundan trnasfer edib. 29 yaşlı forvard Milan təmsilçisinin heyətində meydana çıxdığı 378 rəsmi matçda 175 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Sentyabr 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















