İnter Mayami 19 yaşlı braziliyalı ilə müqavilə bağladı
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İnter Mayami" yarımmüdafiəçi Rikelme Fillipini heyətinə qatıb. Sport24.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.
Futbolçu yeni klubu ilə sonradan bir il də uzatmaq şərti ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.
19 yaşlı braziliyalı futbolçunun əvvəlki klubu 2025-ci ildən formasını geyindiyi "Palmeyras" olub. O, 2026-cı il mövsümündə doqquz oyunda meydana çıxıb.
Rikelme "Palmeyras"ın U-20 komandasında 80 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
"İnter Mayami" yarımmüdafiəçinin transfer hüquqlarının 60 faizini 3,95 milyon avroya, əlavə 30 faizini isə 1,88 milyon avroya almaq hüququ ilə əldə edib.
Bu mövzuda digər xəbərlər:“Barselona” 19 yaşlı isveçli ilə müqavilə bağladı
14 İyul 2025 18:45
Maskerano İnter Mayami ilə üçillik müqavilə imzaladı
27 Noyabr 2024 01:00
“İnter Mayami” dünya çempionu ilə müqavilə imzaladı
26 İyul 2025 10:29
İnter Mayami Messi ilə yeni müqavilə imzalayacaq?
08 İyul 2025 11:49
“İnter Mayami” braziliyalı ulduzun transferini rədd etdi
03 Dekabr 2025 15:55
Baxış sayı:108
Bu xəbər 03 Sentyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















