“İnter Mayami” rəsmi oyunlarda Avropa komandasına qalib gələn ilk MLS klubu olub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 iyun, AZƏRTAC
ABŞ-da keçirilən klublararası dünya çempionatında Portuqaliyanın “Portu” klubunu 2:1 hesabı ilə məğlub edən ABŞ-ın “İnter Mayami” komandası tarixi uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, Florida klubu rəsmi oyunlarda Avropa təmsilçisini məğlub edən ilk MLS komandası olub. Məlumatı “İnter Mayami”nin rəsmi saytı yayıb.
Qeyd edək ki, həmin qarşılaşmada hesabı “Portu” açsa da, sonradan 2 qol vuran ABŞ klubu əzmkar qələbə qazanıb. Komandanın heyətində Telasko Seqoviya və Lionel Messi fərqləniblər.
A qrupunda ilk 2 matçdan sonra aktivində 4 xalı olan “İnter Mayami” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. MLS təmsilçisi qrupda son oyununu iyunun 24-də Braziliyanın “Palmeyras” komandasına qarşı keçirəcək.
Baxış sayı:56
Bu xəbər 21 İyun 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















