“İnter Mayami” rəsmisindən Neymarla bağlı açıqlama
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“İnter Mayami” klubunun rəhbərliyi braziliyalı hücumçu Neymarın mümkün transferinə münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, MLS təmsilçisinin İdarə Heyətinin sədri Xorxe Mas bu barədə “Give Me Sport” portalına danışıb:
“Neymar “Əl Hilal”ın oyunçusudur və indi transferi müzakirə mövzusu deyil. Həmişə çalışırıq ki, komandamıza böyük oyunçular cəlb edək. Əlbəttə, heyətlə bağlı çatışmazlıqlar var, lakin büdcəmiz də qeyri-stabildir.
Nə vaxtsa Neymar səviyyəsində oyunçu gətirmək fürsəti yararlanarsa, tərəddüd etməyəcəyik. Lakin bu, tək məndən asılı deyil”.
“İnter Mayami”də Lionel Messi, Serxi Buskets, Jordi Alba, Luis Suares kimi oyunçular çıxış edir.
Dünya futbolu, Əsas xəbərlər
“İnter Mayami” Messi ilə müqaviləni uzatmaq istəyir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
23 Noyabr 2024, 8:49
Baxış sayı:64
Bu xəbər 07 Dekabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















