Icma.az
close
up
RU
“İnter”in prezidenti “Napoli” ilə oyundakı penaltiyə görə bəyanat verib

“İnter”in prezidenti “Napoli” ilə oyundakı penaltiyə görə bəyanat verib

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İnter”in prezidenti Cüzeppe Marotta A Seriyasının 8-ci turunda “Napoli” ilə oyunun 33-cü dəqiqəsində komandasının qapısına təyin olunan penalti ilə bağlı fikirlərini bildirib.

İdman.Biz bildirir ki, meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Bruyne penaltini dəqiq yerinə yetirib və “Napoli” oyunu 3-1 hesabı ilə qazanıb. Oyunun hakimi Mauritsio Mariani olub.

“Futbol sisteminə töhfə vermək istəyirəm, çünki hətta mən də bir az çaşqınam və daha çox aydınlığa ehtiyacım var. “Napoli” qalib gəlməyə layiq idi, amma penalti hadisəsi güc balansını dəyişdirməkdə həlledici oldu və köməkçi hakimin tövsiyəsinin nəticəsi idi. Hakim fit çalmadı: düşünürəm ki, bu hadisə VAR tərəfindən nəzərdən keçirilməli idi və video görüntülər vəziyyətə daha çox aydınlıq gətirərdi. Məncə, “Napoli”nin qələbəsi əsasən bununla izah olunur. Penaltiyə qayıtsaq, bunu matçdan asılı olmayaraq ayrı bir hadisə kimi nəzərdən keçirməliyik.

Penalti olmadığına inanan hörmətli jurnalistlərin şərhlərini oxudum və bir az aydınlıq gətirmək üçün müzakirəyə töhfə vermək istədim. Hakimin mərkəzi roluna inanıram: köməkçi müdaxilə etdikdən sonra hakim artıq o qədər də asanlıqla təsirlənmir. Fasilədə soyunma otağına girdim və penalti, şübhəsiz ki, öz təsirini göstərmişdi. “Napoli” qalib gələrdi, amma matçın xronologiyası və bu nöqtəyə necə gəldiyimiz barədə düşünürəm. O andan etibarən matç dəyişdi: “Napoli” son yarım saatda qalib gəlməyə layiq idi; oyunçularımız var gücləri ilə oynadılar. Onları alqışlamaq lazımdır”, - deyə Marotta Milan klubunun rəsmi saytında bildirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Oktyabr 2025 00:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri