Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

İnternetdə keçən ömür, smartfondan asılı həyat

İnternetdə keçən ömür, smartfondan asılı həyat

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Virtual asılılıq bizim sağlamlığımız üzərində hökmranlıq edir

Dövrümüzdə bütün yaş kateqoriyalarından olan insanın internet, smartfon, planşet və kompüter kimi məlumat və əyləncə mənbələrindən uzaq durması mümkün deyil. Əvvəl yuxarı yaşalarda rastlanan internet asılılığı indi uşaqlar və körpələrdə də çox müşahidə edilir. Evdə və ya işdə, ictimai nəqliyyatda gedərkən telefon əlində olan insanların sayı sürətlə artır. Əvvəl ictimai nəqliyyatda, parklarda qəzet-kitab oxuyan insanları az da olsa görmək olurdu, amma indi kitabı, qəzeti də telefondan oxuyuruq. Asılılığımız hər gün artır. Əgər telefonun tez-tez xəbərdarlıq siqnalı verirsə, başqa işlərin olsa da sosial şəbəkələrdə gəzirsənsə, işin heç vaxt bitmirsə, gözün, qulağın daim telefonda, kompüterdədirsə, deməli, sən də internet asılılığından əziyyət çəkirsən.

İşi asanlaşdırmaq və məhsuldarlığı artırmaqla yanaşı, kompüterlə, smartfonlar tədricən gündəlik həyatın müxtəlif sahələrinə tamamilə nüfuz etdi, hətta pərçimləndi desək daha doğru olar. Bu texnologiya vasitəsi ilə məlumat əldə etmək, paylaşmaq kimi faydalı işlər görmək olur, lakin o həyatımıza bir çox problem də daxil edib. İnternet, smartfon asılılığı onun insana, ətrafına və münasibətlərinə zərər verməyə başladı. Vəziyyət o həddə çatıb ki, mütəxəssislər kompüter-telefon asılılığını narkomaniyaya bənzədirlər.

Uzun müddət kompüterdən istifadə edən insanlar narkomanların zərərli maddələrdən olan asılılığına bənzər bir vəziyyətdə olurlar. İnternet aludəçiləri uzun müddət internetə girə bilmədikdə, gərginlik, əsəbilik, narahatlıq, nə edəcəklərini bilməmək kimi davranışlar göstərə bilərlər. Zaman keçdikcə kompüter qarşısında daha uzun müddət qalmaq istəyirlər, internetə baxa bilmədikləri müddətcə fikirləri daim internetdədir, hər fürsətdə telefonda, kompüterdə interneti gəzmək onları rahatladır, treslərini azaldır. Bu asılılığın zərərini görsələr də bu vəziyyətdən yaxa qurtara bilmirlər. Bu cür insanlar adətən uzun müddət kompüterlə məşğul olduqlarını, internetdə çox vaxt itirdiklərini, telefonsuz qala bilmədiklərini inkar edirlər, vəziyyətlərinin kritik olduğunu qəbul etmirlər.

Problemləri həll etmək yerinə internetdə gəzişirik

Bir çox insan gündəlik problemlərindən xilas olmaq, tənhalığını unutmaq, narahatlıq və depressiv hisslərini yatırtmaq üçün internetdə vaxt keçirməyi çarə bilir. İnternetdə vaxt itirdikcə diqqət dağılır, fərqli istiqamətlərə bölünür və dolayısı ilə şəxsi qayğılarını unutmağa, narahatlığının azalmasına və rahatlıq hiss etməyə səbəb olur. Ancaq bir müddət sonra istirahət üçün istifadə edilən internet insana zərər verməyə başlayır. Şəxsi həyatında problemlər üst-üstə yığılıb, amma insan onları həll etmək yerinə onlardan qaçır, internetdə vaxt öldürür və beləcə həyatının səhvini edir.

Xüsusilə depressiv şikayətləri olan insanlar asanlıqla internet aludəçisi ola bilirlər. Depressiyanın yaratdığı pessimizm, narahatlıq internetdə vaxt keçirərkən unudulsa da sosial izolyasiya, özünü təcrid, təklik depressiyanın dərəcəsini daha da artırır. Narkotik, alkoqol, qumar kimi asılılığı olan insanlarda müşahidə olunan davranışlar xüsusilə depressiv internet asılısı insanlarda da müşahidə edilir.

Asılı olduğumuzu necə anlayaq?

Əslində, çox insan internet asılısı olduğunu qəbul etmək istəmir, lakin müşahidələr və əlamətlərə görə az da olsa bunu etiraf edənlər var. Ümumiyyətlə, hansı əlamətlərə görə internetdən asılı olduğumuzu anlaya bilərik? Birinci əlaməti gərəksiz halda uzun müddət onlayn qalmaqdır. Şəxsi işlərin daim gün sonuna saxlanması və ya növbəti günə qalması da internetdə çox vaxt keçirənlərin problemidir. Yeməklər ayaqüstü qidalanmaya keçir, daha rahat başa gələn qidalar qəbul edilir, yuxu minimuma enir, həmçinin yuxu rejimi anormal olur.

Başqa bir əlamət də internetdə çox vaxt keçirdiyinizə dair ailə üzvlərinin iradlarını qəbul etməmənizdir. Onlayn söhbət, dostluqlar, real ünsiyyətdən çox olduqda artıq virtuallaşdığınızı qəbul edin. Kədərlənəndə, darıxanda ailə üzvlərinizlə, dostlarınızla söhbətləşmək yerinə online olmaq istəyəndə də asılı olduğunuzu etiraf etmiş olursunuz. Özünüzə vaxt məhdudiyyəti qoya bilmirsinizsə, yuxu, qidalanma rejimi pozulubsa, piylənmə, bel, boyun, bilək ağrılarından əziyyət çəkirsinizsə, etiraf edin, siz internetdən asılısınız.

İnternetdən necə yaxa qurtarmalı?

Əvvəlcə insanı internetdə “yatıb-durmağa” vadar edən səbəb müəyyən edilməlidir. Daha sonra özünüzə iş və mükafat sistemi qura bilərsiniz, həllini gözləyən problemləri aradan qaldırıb bunun müqabilində özünüzə internetdə vaxt keçirmək üçün müddət hədiyyə edin və həmin müddət bitdikdə internetdən ayrılmağı bacarın. Hər axşam eyni vaxtda kompüterinizi və ya mobil telefonunuzu “ofline” rejimə keçirin. Yalnızlıq hissini aradan qaldırmaq üçün internetdə vaxt keçirmək yerinə kitab oxumaq lazımdır, ailə üzvləri və ya dostlarla canlı söhbətə üstünlük verilməlidir.

Kompüter vasitəsilə ünsiyyət həmişə sizi emosiyadan məhrum edəcək, smartfondan asılı qalmaq insani hisslərinizi qətl edəcək. Ona görə də internetdə, kompyuter önündə, əlinizdəki smartfonda vaxt itirərkən həyatınızdan nəyi qurban verdiyinizi düşünməlisiniz. Övladınızla, dostunuzla parkda yarım saat gəzmək və ya həyat yoldaşınızla söhbətləşərək birlikdə çay içmək sizin psixoloji sağlamlığınız üçün daha vacibdir. Kompyuteri və telefonu yataq otağınızdan uzaq saxlayın, ümumiyyətlə yataq otağına televizor qoyulması belə yuxu rejiminin pozulmasına səbəb olur.

İnsan, kompüterdən və ya telefondan bu qədər uzun müddət istifadə etməzdən əvvəl bu həzzin onun sağlamlığından nələri apardığını fikirləşməlidir. Unutmaq olmaz ki, zaman çox qiymətlidir, axıb gedərkən bizim sağlamlığımızdan da bir çox şeyi özü ilə aparır.

​

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri