Icma.az
close
up
RU
İnternetdə satılır: Ölümə səbəb olur

İnternetdə satılır: Ölümə səbəb olur

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İnternet üzərindən satın alınan arıqlama məhsulları ilə bağlı aparılan yeni araşdırma nəticəsində sağlamlıq üçün son dərəcə təhlükəli olan “sibutramin” maddəsinin bəzi məhsullarda aşkarlanması narahatlıq doğurub. Yeditepe Universiteti Eczacılıq Fakültəsinin Farmasötik Toksikologiya kafedrasının müdiri Prof. Dr. Ahmet Aydın və tələbələri tərəfindən həyata keçirilən bu tədqiqat TÜBİTAK tərəfindən dəstəklənib.

News24.az bildirir ki, araşdırma çərçivəsində internetdən əldə olunan 11 müxtəlif arıqlama məhsulu analiz edilib və 3 məhsulda sibutramin adlı təhlükəli maddə aşkarlanıb. Bu maddə bir çox ölkədə ürək xəstəliklərinə səbəb olduğu üçün qadağan edilib.

Prof. Dr. Ahmet Aydın bildirib ki. bu məhsullar internetdə ‘bitki mənşəli və təbii tərkibli’ olaraq təqdim olunur. Amma apardığımız analizlər göstərdi ki, bəzilərində qadağan olunmuş sibutramin maddəsi mövcuddur.

Qeyd edək ki, sibutramin maddəsi əvvəllər arıqlama dərmanlarında geniş istifadə olunurdu. Lakin zamanla ürək-damar xəstəlikləri və ani ölümlərlə əlaqəsi ortaya çıxandan sonra Avropa, ABŞ və Türkiyə daxil olmaqla bir çox ölkədə 2011-ci ildən etibarən istifadəsi qadağan edilib.

Buna baxmayaraq, qeyri-qanuni və “merdiven altı” istehsalçılar bu maddəni hələ də bəzi məhsullara gizli şəkildə əlavə edərək, insanlara “təbii məhsul” adı ilə təqdim edirlər.

Prof. Dr. Aydın qeyd edir ki, istehlakçılar məhsulun təbii olduğunu düşünərək internetdən asanlıqla sifariş versələr də, bu seçim onların həyatına baha başa gələ bilər: “Laboratoriya şəraitində biz bu maddəni aşkarlaya bildik. Amma vətəndaşların bu imkanı yoxdur. Təhlükə də məhz buradadır. Bu məhsulların istifadəsi bəzən ölümlə nəticələnə bilər.”

Mütəxəssis bildirir ki, tez və təsirli arıqlama vəd edən məhsullara etibar etmək təhlükəlidir:

“İnsanlar bilməlidir ki, 10 gündə və ya bir ayda möcüzəvi şəkildə çəki atmaq mümkün deyil. Əgər arıqlama problemi varsa, mütləq həkimə müraciət olunmalıdır. Ən doğru və təhlükəsiz yanaşma budur.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 İyul 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri