Icma.az
close
up
RU
İnternetin yaradılması perspektivləri diqqət mərkəzində olub KONKRET

İnternetin yaradılması perspektivləri diqqət mərkəzində olub KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Finlandiyanın Helsinki şəhərində keçirilən Avropa elm və təhsil şəbəkələrinin TNC26 beynəlxalq konfransında iştirak edib.

KONKRET.az xəbər verir ki, GEANT Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş konfrans dünyanın 70-dən çox ölkəsindən 950-dən artıq nümayəndəni bir araya gətirib. Beş gün davam edən tədbirdə rəqəmsal suverenlik, kibertəhlükəsizlik, süni intellekt, kvant texnologiyaları, identifikasiya və autentifikasiya sistemləri kimi aktual istiqamətlər üzrə plenar iclaslar və paralel sessiyalar keçirilib.

Konfrans çərçivəsində akademik Rasim Əliquliyev yalnız üzv ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən GEANT Assosiasiyasının 39-cu Baş Assambleyasının iclasına qatılıb. İclasda Assosiasiyanın maliyyə və strateji idarəetmə məsələləri, 2025-ci ilin yekunları, GN5-2 layihəsinin icra vəziyyəti, GEANT-ın 2026-2030-cu illər üzrə inkişaf strategiyası müzakirə olunub.

Akademik Rasim Əliquliyev, həmçinin TNC26 çərçivəsində təşkil olunan məsul şəxslər sessiyasında iştirak edib. Sessiyada Avropa və digər ölkələrin aparıcı milli elm və təhsil şəbəkələrinin rəhbərləri, habelə aparıcı texnologiya qurumlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində kvant texnologiyalarının inkişaf perspektivləri, milli elm və təhsil şəbəkələrinin kvant şəbəkələrin formalaşdırılmasında rolu, mövcud qlobal çağırışlar və beynəlxalq təcrübə üzrə geniş müzakirələr aparılıb.

Konfrans çərçivəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə bir sıra görüşlər də keçirilib. GEANT Assosiasiyasının Tərəfdaşlarla Əlaqələr üzrə baş meneceri İrina Matthews ilə baş tutan görüşdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

TÜBİTAK-ın ULAKBIM (Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) qurumunun direktoru Mehmet Mirat Satoğlu və direktor müavini Hayrettin Bucak ilə keçirilən görüşdə kvant texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş zamanı TÜBİTAK və Avropa İttifaqının dəstəyi çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universiteti tərəfindən kvant texnologiyalarının inkişafı istiqamətində mühüm addımların atıldığı, bu sahədə tədqiqat və infrastruktur imkanlarının formalaşdırılmasına yönəlmiş layihələrin həyata keçirildiyi vurğulanıb.

Lüksemburq Elm və Texnologiya İnstitutunun rəsmi təmsilçisi Florian Kayzer ilə keçirilən görüşdə isə kvant texnologiyaları və kvant İnterneti istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin Avropanın aparıcı təşəbbüslərindən biri olan Kvant İnternet Alyansı platforması ilə əməkdaşlıq perspektivləri və Azərbaycanın bu təşəbbüsə qoşulma imkanları müzakirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyun 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri