İnterpol Ermənistanda əməliyyat keçirdi Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İnterpolun məlumatına görə, Avropa və Orta Asiyada qanunsuz odlu silah dövriyyəsinə qarşı mübarizə aparmaq üçün misli görünməmiş əməliyyat nəticəsində 2823 ədəd kiçik və yüngül silah, təxminən 400 əl qumbarası və partlayıcı maddə, eləcə də 40.000-dən çox patron müsadirə edilib.
Bakıvaxtı.az xəbər verir ki, İnterpol tərəfindən koordinasiya edilən (22 iyun - 5 iyul) "Trigger X" əməliyyatı 17 ölkədə aparılıb və münaqişə zonalarında silah yığılmasının qanunsuz odlu silah dövriyyəsinə uzunmüddətli təsirini müəyyən edilib.
İndiyə qədər aparılan əməliyyatların nəticələri göstərir ki, müsadirə edilən qanunsuz silahların əhəmiyyətli bir hissəsi Balkanlar, Şərqi Avropa və Qarabağ da daxil olmaqla keçmiş və ya hazırkı silahlı münaqişə zonaları ilə əlaqəlidir.
Bundan əlavə, Ermənistan, Qırğızıstan və Tacikistanda sovet dövründən qalma çoxsaylı odlu silahlar müsadirə edilib və ya könüllü olaraq təhvil verilib. İstintaq davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 09 Oktyabr 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















