İnterpolun axtardığı Tuqay Hüseynov Monteneqroda saxlanıldı
Lent az saytına istinadən Icma.az xəbər verir.
Baş Prokurorluğun Monteneqronun Ədliyyə Nazirliyinə ünvanladığı sorğu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Hüseynov Tuqay Coşqun oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Tuqay Hüseynov Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilir.
İttihama əsasən, o, zərərçəkmiş şəxsi xarici ölkələrdə yerləşən universitetlərin magistratura pilləsinə qəbul olunmasına köməklik göstərəcəyi vədi ilə aldadaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 150 min avro məbləğində pul vəsaitini ələ keçirməkdə şübhəli bilinir.
Cinayət işi üzrə toplanmış sübutlar əsasında Tuqay Hüseynov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub, onun istintaqdan yayındığı nəzərə alınaraq Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində Tuqay Hüseynov Monteneqronun ərazisində müəyyən edilərək saxlanılıb.
Hazırda onun Azərbaycana təhvil verilməsi istiqamətində Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti müvafiq tədbirlər keçirir.
Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin xarici dövlətlərin ərazisində müəyyən edilərək saxlanılması və onların Azərbaycana ekstradisiyasının təmin edilməsi məqsədilə xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə səmərəli əməkdaşlığını davam etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 14 İyul 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















